Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-429/2025 16.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, Müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən fiziki ağrı yetirmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş xəsarətlər barədə müvafiq ekspert və ya mütəxəssis rəyi alınaraq inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasına əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi şəxs təqsirli bilindiyi halda ona tətbiq ediləcək inzibati cərimə növündə tənbehin həddini birbaşa dəymiş xəsarətin növündən asılı etmişdir. İş materiallarına isə dəymiş xəsarət barədə müvafiq ekspert və ya mütəxəssis rəyi əlavə olunmadığından inzibati xəta haqqında protokol natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Kürdəmir RPŞ tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol düzgün tərtib olunmadığından, həmçinin təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya qaydasında şikayət verilə bilməz. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-429/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-429/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver