Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-432/2023 22.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon prokurorunu təmsil edən, prokurorluğun böyük müstəntiqi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi, polis kapitanı Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi vəzifəsində işləyən, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon prokurorluğundan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi Cahanov X3 rayonu Yenikənd kəndində yaşayan X1 məxsus bank kartından 72 manat pulunun naməlum şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə qəbul etdiyi inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon prokurorluğuna təqdim etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə toplanmış material üzrə Kürdəmir rayon prokuroru Tural İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və həmin qərar digər iş materialları ilə adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi işləyir, xx.xx.2022-ci il tarixdə qəbul etdiyi inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon prokurorluğuna təqdim etmişdir. Əməlindən peşmandır, bir daha belə nöqsanlara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Kürdəmir rayon prokurorunu təmsil edən X4 öz çıxışında Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi, polis kapitanı Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, prokurorun nümayəndəsinin çıxışı, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Onun törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətinə cəlb edilməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması Azərbaycan Respublikası İXM-nın 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinə aid edilmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 14 fevral 2017-ci il tarxli, 529- VQD nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596-cı maddəsinə aşağıdakı redaksiyada qeyd hissəsi əlavə edilmişdir: “Bu maddədə nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir”. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 4.47-2-ci hissəsində İXM-nın 596-cı maddəsinin “Qeyd” hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulmuşdur. Ona görə də, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi, polis kapitanı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Kürdəmir rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı Şəxs intizam məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130, 596-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi, polis kapitanı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Kürdəmir rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı Şəxs intizam məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-432/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-432/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver