Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-432/2024 13.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (İnzibati tənbeh tətbiq etmə haqqında) saat 15.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X9, tələbkar X16 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1977-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, M.Əliyev keçəsi, ev 16-da yaşayan - X5 barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: X9 məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, X9 qəsdən Suraxanı rayon məhkəməsinin 2(010)-4023/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X6 göstərdi ki, Suraxanı rayon məhkəməsinin 2(010)-4023/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X4 xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat olmaqla, ümumilikdə 350 manat aliment tutularaq X8 ödənilməsi qət edilmişdir. İcra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq X7 qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunsa da o, heç bir üzrlü səbəb bildirmədən borcunu ödəməmişdir. Onun icra sənədi üzrə 7230 manat aliment borcu olmuşdur. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində cəmi 500 manat ödəmişdir. Şöbədə onun izahatı alınmış və borcunu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı onun məsuliyyət izah edilsə də o, heç bir borcunun olmadığını bildirsə də ödəniş qəbzlərini təqdim edə bilməmişdir. Tələbkar da borcunun birdəfəlik ödənilməsini tələb edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs X9 izahat verərək göstərdi ki, onun heç bir aliment borcu yoxdur. Belə ki, o, RF-da olarkən tələbkara 4500 manat pul göndərmişdir. Bundan başqa o, uşaqlarına da ayrıca olaraq pul göndərmişdir. Onun 54 ədəd ödəniş qəbzləri icra məmuru tərəfindən yoxa çıxarılmış və hesablanmamışdır. Onun aliment borcu qalmamışdır. Məhkəmə iclasında tələbkar X11 izahatında göstərdi ki, 2 uşağın saxlanması üçün Tapdıq Şıxalizadədən 350 manat aliment alınaraq ona ödənilməsi qət edilsə də Tapdıq qərəzli olaraq alimenti ödəmir. O, dəfələrlə Tapdıqdan alimenti ödəməsini xahiş etsə də Tapdıq ona heç bir köməklik göstərməmişdir. Tapdıq dediyi kimi RF-dan ona 4500 manat pul göndərməmişdir. O, yalan danışır. Hətda o, Tapdığa heç olmasa övladlarının təhsil haqqının ödənilməsi üçün aliment borcundan 2000 manatı ödəməsini və qalan borcdan imtina edəcəyini bildirsə də Tapdıq ona yalvararaq ona fevral ayı üçün vaxt verilməsini xahiş etmiş və o, da razılaşmışdır. Tapdığın onu aldatdığını başa düşəndən sonra aidiyyəti orqanlara şikayət etmişdir. Hazırda da Tapdığın ona 2000 manat ödəməsinə razıdır. Hesab edir ki, Tapdıq qərəzli olaraq ödəmir, odur ki, Tapdıq barəsində qanuni tədbir görülməsini xahiş etdi. Beləliklə, X1 rayon məhkəməsinin 2(010)-4023/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X4 xx.xx.2006-cı il tarixdə anadan olmuş X10 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat olmaqla, ümumilikdə 350 manat aliment tutularaq X8 ödənilməsi qət edilmiş, icra vərəqinin icrası ilə əlaqədar icra məmurunun tələbini üzrsüz səbəbdən qəsdən yerinə yetirməmişdir. Borclu onun aliment borcunun olmadığını göstərsədə bunu təsdiq edə bilməmiş və ödəniş qəbzlərini məhkəməyə və icra məmuruna təqdim edə bilməmişdir. Tələbkar borcunun heç olmasa 2000 manatını ödənilməsini xahiş etsə də hazırda o, göstərilən məbləği ödəməyə maddi imkanının olmadığını bildirmiş və onun aliment borcu olmadığıı göstərmişir. Məhkəmə hesab edir ki, X9 borcunu ödəməmək üçün müxtəlif bəhanələr gətirir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X5 törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-432/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-432/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver