Məhkəmə qərarları › İş №3(041)-432/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-432/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-432/2025 29.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şahbazova Göyçək Kamil qızının katibliyi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonu, Çərtəyəz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Çərtəyəz kəndində qeydiyyatda olmaqla yaşayan, (FİNxxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Şolis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP7127990 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində özünə məxsus Vaz-21011 markalı **-BH-*** qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir rayonu, Ərəbxana kəndi inzibati ərazisində hərəkətdə olaraq Kürdəmir-Zərdab avtomobil yoluna daxil olmaq istəyərkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini qozmaqla, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bunu etməyərək Zərdab rayonu istiqamətindən əsas yolla hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-21154 markalı **-MZ-*** qeydiyyat nişanlı minik avtomobilinin qarşısına çıxaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sol dördüncü qabırğanın yerdəyişməyən qapalı sınığı kimi yüngül zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də Zərərçəkmiş şəxs1 burun nahiyəsinin qançırı, döş qəfəsinin ön səthinin hematoması kimi yüngül zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yeznəsi Şəxs idarə etdiyi avtomobillə işə getmək məqsədi ilə evdən çıxmışdır. O, həmin avtomobilin sağ arxa sərnişin oturacağında əyləşmişdir. Bir qədər getdikdən sonra o, su içdiyi zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o xəsarət almışdır. Hadisənin necə baş verməsini görməmişdir. Şəxs şikayətçi olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il taridə avtoqəza keçirmişdir. Hal-hazırda yerimə qabilliyyəti məhdudlaşdığı üçün xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Belə ki həmin tarixdə baş vermiş qəzada sol ayağının topuq nahiyəsində sınıqlar olduğundan xx.xx.2025-ci il tarixdi Abşeron rayon mərkəzi xəstəxanasında əməliyyat olmuşdur. Məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati protokol tərtib etmiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli 23 nömrəli rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə- tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, burun nahiyəsinin qançırı, döş qəfəsinin ön səthinin hematoması, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli 44 nömrəli rəyində göstərilmişdir ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, sol dördüncü qabırğanın yerdəyişməyən qapalı sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli 19 nömrəli rəyində göstərilmişdir ki, 1962-ci il təvəllüdlü Şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, sol baldır sümüklərinin çoxqəlpəli sınığı, sağ tərəfli qasıq yırtığının travmatik cırılması, nazik bağırsağın zədələnməsi küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə əmələ gələ bilərdi və həyat üçün təhlükəli hal olan sağlamlığı ağır zərər vurmaya aid edilir. xx.xx.2025-ci il tarixli 28 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2025-ci il tarixli 8/366 nömrəli rəyindən görünür ki, Vaz-21011 markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbilərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Hərəkət üçün təhlükə yaranan anda Vaz-21154 markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmadığı göstərilmişdir. Hərəkət üçün təhlükə yaranan anda Vaz-21154 markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2025-ci il tarixli 8/366 nömrəli rəyində göstərilən xüsusatları müəyyən etmək üçün əlavə müayinə keçirilmiş və sürücü Zərərçəkmiş şəxs1 hərəkəti üçün təhlükə avtomobillərin toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olması aşkar olunmuşdur. Bununla da Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. xx.xx.2025-ci il tarxili qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 153.3-cü maddəsinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar