Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-433/2023 08.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə xx.xx.1961-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir şəhəri, R.Behbudov küçəsi,ev 1-də yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə sürüülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Sabir küçəsində yol hərəkəti qaydasını pozaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. X1 şikayəti əsasında aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023cü il tarixdə saat təxminən 11 radələrində oğluna mçəxsus “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili Kürdəmir şəhəri, Sabir küçəsində idarə edərkən arxadan gələn “VAZ 2107” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil onu ötüb keçmiş və qarşısında avtombili sağ sola çəkdiyi üçün o, tormozu basmış və qrşıdadkı avtomobilin arxa hissəsinə dəyərək həmin avtomobili əzmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs “VAZ 21074” markalı, **-KV-*** dövllət qeydiyyat nişanlı avtomobilin mülkiyəçisi, Zərərçəkmiş şəxs izahatında göstədi ki, ona məxsus avtomobili etibarnamə ilə idarə edən oğlu X2 xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Kürdəmir şəhəri, Sabir küçəsində idarə edərkən o, qanuna müaviq iolaraq “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmiş, həmin avtomobili idarə edən əl ilə işarə edərək ona saxlamasını demiş, Nizami avtomobili qarşıda saxlamaq istəyəndə həmin avtomobil arxadan gələrək Nizaminin idarə etdiyi avtomobilə çırpılmışdır. Onun avtomobili əzilmiş və ona 300 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edi. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə dəymin ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-433/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-433/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver