Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-433/2025 19.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmklə məşğul olan, subay, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2013-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə məcburi qaydada Kürdəmir rayon icra və probasiya şöbəsinə gətirdilmiş, həmin gün icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş ona təqdim edilmişdir. Hazırda onun 11456 manat aliment borcu vardır. İcra sənədini icra etməkdən yayındığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 117 manat olmaqla, 234 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Yığılan borclar uzun müddətdir ödənməyən borclardır. Birdəfəlik ödəməyə imkanı yoxdur. Borcunu həra ay hissə-hissə ödəyə bilər. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra vərəqəsinə 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 117 manat olmaqla 234 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - İcra sənədi üzrə qəbul edilmiş icraata başlama haqqında qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs xx.xx.2020-ci ildə imza etdirməklə təqdim edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-245/2025 saylı qərarından görünür ki, 2(006)-8326/2016 saylı icra sənədini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə iş üzrə inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. - Borclu Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə verdiyi izahatında icra sənədi üzrə yaranmış 11456 manat borcunu etiraf etmiş, borcun yaranmasını işləməməsi ilə əlaqələndirmişdir. - borclu Şəxs icra sənədinin icrası ilə bağlı çağırışlarla gəlmədiyindən icra məmurunun borclunun axtarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Kürdəmir rayon polis şöbəsinə göndərilmişdir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-245/2025 saylı qərarı ilə xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra sənədini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati işin icraatına xitam verilməsinə baxmayaraq, borcunu ödəməmiş və icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Polis əməkdaşları tərəfindən tutularaq Kürdəmir rayon icra və probasiya şöbəsinə təhvil veriləndən sonra icra məmuru tərəfindən izahatı alınmış bir il ərzində eyni icra sənədlərinə münasibətdə borcunu ödəmədiyi üçün xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyini, icra sənədinin verildiyi 3 ildən artıq müddətdə 1 manat da olsun aliment ödəmədiyini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 19 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-433/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-433/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver