Məhkəmə qərarları › İş №3(041)-438/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-438/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-438/2024 02.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasaqql kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Qarasaqqal kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır, bir müddət əvvəl qonşusu Samir onu yalnış anladığı üçün barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq şikayətci olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək məsələni aydınlaşdırmağa çalışmışlar və izahat verməli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş, oradan qaçmaq istəmişdir. Nəticədə polis şöbəsinə aparılıb izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşimandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, Kürdəmir RPŞ-nın sahə polis nəfəri işləyir, bir müddət əvvəl Kürdəmir rayonu Qarasaqqal kənd sakini Şəxs barəsində DİN-nin 102 xidmətinə şikayət olunmuşdur. Şikayət qeydiyyata alındıqdan sonra qeyd edilən ünvana gedərək Şəxslə görüşüb söhbət etmək istəmişlər, lakin Şənlik onları gördükdə oradan qaçaraq getmişdir. Həmin gün Şənliyi yaşadığı kəndin ərazisində saxlayaraq izahat verməsi üçün şöbəyə getməli olduğunu izah etmişlər. Lakin Şəxs əsəbi halda onlarla mübahisə edərək şöbəyə getməkdən və izahat verməkdən imtina edərək ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs onların qanuni tələblərinə tabe olmadığı üçün məcburi qaydada tutaraq şöbəyə aparmışlar və izahatını aldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmədə şahid qismində dindirilən Kürdəmir RPŞ İTB-nın sahə rəisi X4 da ifadəsində şahid X2 qeyd etdiyi xüsusatları təsdiq etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000362 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 20.00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu 01 may 2024cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar