Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-439/2023 22.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin stajoru X2 iştirakı ilə xx.xx.1977-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Söyüdlər kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsul iyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin stajoru, X4 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-293/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cəmi 240 manataliemt tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2022-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs ödənişi tam etməmiş və onun 2170 manat aliment borcu yaranmışdır. Alimentin ödənilməsi ilə bağlı şöbəyə dəvət olunmuş və izahatı alınarkəın bir müddət işsiz olduğu üçün alimenti ödəyə bilmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 0, tələbkara 500 manat ödəniş etmək istədiyini, lakin tələbkarın həmin məbləği qəbul etməməsi və onun alimenti cəm şəkildə tələb etməsi müəyyən olunmuşdur. əriman Abbasov isə qalan 1670 manatı birdəfəlik ödə bilməyəcəyini, növbəti aydan alimentlə birlikdə borcunu da ödəyəcəyini bildirmişdir. Şəxs icra məmurunun çağırışlarına vaxtında gəlmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özü ankoloji xəstədir. Kürdəmir rayon məhkəməsinin 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 2 uşağın saxlanması üçün hər ay cəmi 240 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, səhhəti ilə əlaqədar işləyə bilmədiyi üçün onun aliment borcu yaranmışdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra aliment borcundan 500 manat ödəmiş,qalan borcu isə birdəfəlik ödəməyə imkanı olmamış, buna baxmayaraq, qalan borcu da alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. O, məhkəmə qətnaməsinin icra olunmaması barədə öz məsuliyyətini başa düşür və məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Onun heç bir qərəzi yoxdur ödədiyi pulu da öz övlasdlarına ödəyir. Tələbkar uşaqlarını fikirləşmədən ona qarşı qərəzli mövqe nümayiş etdirir. Məhkəmə barəsində inzibati icraat açılmış Şəxs, stajor İlham Əliyevin izahatlarını dinləyib hesab edir ki, əgər uşaqlarla böyüklər arasında hüquqların təminatı baxımından ziddiyyət yaranarsa, uşaqların üstün mənafeyi nəzərə alınmalıdır. Məhkəmə tərəflərin mənafeyinə uyğun deyil uşaqların hüquqların həyata keçirilməsinə, onların tələbatlarının ödənilməsinə şərait yaratmalı və heç bir hal məhkəməni bu vəzifənin icrasından azad etmir. Belə ki, Ailə Məcəlləsinin 58-ci maddəsində göstərilir ki, Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, tələbkarın tələbi əsaslı deyil. Çünki, uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu da bu prizmadan çıxış edir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsində göstərilir ki, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Lakin işdən görünür ki, barəsində inzibati icraat açılmış şəxs Şəxs ankoloji xəstə olmaqla, aliment borcundan 500 manat ödəmiş, qalan borcu da alimentlə birlikdə ödəyəcəyini bildirsə də, tələbkar keçmiş həyat yoldaşı Şəxs arasında olan prinsipi azyaşlı uşaqalrın mənafeyidən üstün tutaraq uşaqların hüquqlarını pozmuşdur.Şəxs isə məhkəmə qərarına hörmətlə yanaşdığını və məsuliyyətini başa düşdüyünü ifadə etməklə onun məhkəmə qərrının qərəzli olaraq icra etməməsini istisna edir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-439/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-439/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver