Məhkəmə qərarları › İş №3(041)-439/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-439/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-439/2024 03.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 11.40-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Pirili kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 918/2022 tarixli icra sənədini icra etməmiş və xx.xx.2024-cü il tarixdə barəsində AR. İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin əvvəlki iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, Şəldiyev ikayıl Nəsimi oğlu göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-918/2022 saylı icra vərəqəsinə əsasən Şəxs istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 810,78 manat borcun və ödənilmiş dövlət rüsmu əvəzi oalraq 30 manat tutularaq "xxxx"ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqini icra etməmiş onun icra sənədi üzrə 840,78 manat borcu qalmışdır. Barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə gətirlsə də o, icra sənədini icra etmək üçün məhkəmədən vaxt istəmiş və məhkəmə onun xahişini nəzərə alaraq məhkəmə iclasını xx.xx.2024-cü il tarixədək təxirə salmışdır. Məhkəmə iclası xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilsə də Şəxs məhkəmə iclaslarına gəlməmiş borcunu da ödəməmişdir. Hesab edir ki, Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2022-ci il tarixli qətnaməsindən məlumatı vardır. Lakin o, işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Onun 840 manat borcu vardır. Özü heç bir yerdə işləmir və işləyəndən sonra borclarını ödəyəcəkdir. Beləliklə, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-918/2022 saylı icra vərəqəsinə əsasən Şəxs istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 810,78 manat borcun və ödənilmiş dövlət rüsmu əvəzi oalraq 30 manat tutularaq "xxxx"ASC-nin hesabına ödənilməsi qət edilmiş, icra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini icra etməmiş onun icra sənədi üzrə ümumilikdə 870,78 manat borcu qalmışdır. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun ödənilməsi ilə bağlı şəxsən heç bir təşəbbüs göstərməməklə özünün heç bir yerdə işləmədiyini göstərmişdir. Şəxs işsiz olduğunu əsas gətirərək borcunu ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Bundan əlavə onun barəsində tərtib olunmuş protokol xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və o,icra sənədlərini icra etmək üçün vaxt istəyərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Şəxs vaxt versə də o,heç bir ödəniş etməmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-918/2022 saylı icra vərəqəsinə əsasən Şəxs istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 810,78 manat borcun və ödənilmiş dövlət rüsmu əvəzi oalraq 30 manat tutularaq "xxxx"ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar