Məhkəmə qərarları › İş №3(041)-44/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-44/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-44/2023 02.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq departamentinin direktoru X1 tərəfindən Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində tərtib olunmuş və baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC 120000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon Məhkəməsinin 3(041)-1214/2022 saylı, xx.xx.2022-tarixli qərardadı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında material Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılmış, xx.xx.2023-cü il tarixdə həmin inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Gülər Paşayev tərəfindən qəbul edilən vəsatətlə yenidən baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Mayak Qrup» MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs MMC tərəfindən 120000.00 ABŞ dolları məbləğində vəsait xx.xx.2020-ci il tarixdə "xxxx" ASC vasitəsiylə xaricə köçürülmüş və 2 il müddət keçməsinə baxmayaraq 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməmiş, nəticədə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində xx.xx.2022-ci il tarixli, EP0035249 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçmişdir. Belə ki, inzibati xətanın əsasını təşkil edən avans ödəniş Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 kexabr tarixli qərarına əsasən məhkəmələr İXM-nın 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödəniş məbləği geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Belə olan halda Azərbaycan Respublikası İXM-nın 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta haqqında protokoldan görünür ki, xətanın törədildiyi gün xx.xx.2022-ci ildir və qeyd edilən tarixdən bu günə kimi 3 ay müddət keçmişdir. Müddət keçdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilən inzibati xəta haqqında protokola xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi üçün işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlarmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müştəri Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC vasitəsiylə xaricə 120000.00 ABŞ dolları məbləğində qabaqcadan ödəniş aparılmışdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində 120000.00 ABŞ dolları dəyərində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödəniş edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən 120000.00 ABŞ dolları məbləğində vəsait xx.xx.2020-ci il tarixdə "xxxx" ASC vasitəsiylə xaricə köçürülmüş və 2 il müddət keçməsinə baxmayaraq 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərini pozduğu müəyyən olunur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən və nümayəndənin izahatından məlum oldu ki, inzibati xəta hadisəsi Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə törədilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən isə inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə, yəni qanunvericiliyin tələblərinə uyğun olaraq 3 ay müddət pozulmadan tərtib edilmişdir. Belə olan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilən inzibati xəta haqqında protokola xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs MMC (VÖEN **********, ünvan: Kürdəmir rayonu, Karrar kəndi) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, barəsində inzibati xətanın obyekti olmuş 120000.00 ABŞ dolları məbləğin iyirmi faizi, yəni ödəniləcək günə bank məzənnəsi ilə manatla 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar