Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-442/2024 06.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sovla kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qonşularında toy olmuş və o, toyda qızı ilə oynayarkən qonşusu Amil sərxoş olduğu üçü onun yaxasında tutmuş bundan sonra evlərinə gedərkən onu döymüşlər. O, da Amillgillə yaxalaşmış və dlaşmışlart. Bir az sonra polis əməkdaşları gəlmiş və ondan şikayət olunduğunu bildirərək onlarla birlikdə pöolis şöbəsinə getmək lzım olduğunu demiş, o. İsə polis şöbəinə getmək istəməmiş və polis əməkdaşları ilə mübahisə edərək etirazını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Kürdəmir TBdə təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-də növbətçi hissədə olarkən DİN-nin 102 xidmət mərkəzindən daxil olmuş şikayət əsasında Kürdəmir rayon Sovla kəndinə getmiş və Şəxs ünvanına getmiş və onadan edilən şikayətin mahiyyətini izah etdikdən sonra onlarla birlikdə Kürdəmir RPŞ-nə getmək lazım olduğnu demiş, Şəxs isə sərxoş olmuş və etiraz edərək onlarla mübahiosə etmişdir. O, təkrar olaraq Şəxs məsələnin mahiyyətini izah etsə də Şəxs onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə gəlməkdən imtina etmişdir.Bundan sonra məcbur olub Şəxs məcburi şəkildə polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı şahid ifadəsi,hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000379 nömrəli inzibati qaydada tutuma haqqında protokolun surətində görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 may 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-442/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-442/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver