Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-443/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, iclas katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibat icraat açılmış Şəxs iştirakı ilə, Şəxs barəsində Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda yerləşən məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə barəsində Azərbaycan Respublikası İinzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilərək aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat açılmış Şəxs izahatında göstərdi ki, Kürdəmir şəhəri, Elşən Mikayılov küçəsində yerləşən öz istifadəsində olan ticarət obyektində müxtəlif sayda pirotexniki vasitələri olmuş gömrük əməkdaşlarıtərəfindən həmin pirotexniki vasitələr götürülərək Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmişdir. O, həmin pirotexniki vasitələri gömrük bəyamnamıəsi olmadan dükanda satmaq istəmişdir.Hazırda əməlindən peşmandır. Himayəsində azyaşlı uşaqları vardır və ilk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Bundan başqa inzobtio xəta nəticəsində özü də külli miqdarda ziyana düşmüşdür. Odur ki, yuxarıda göstərdiklərini nızərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəkli iclasında Azərbaycan Respubliaksı Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Əməliyat və təhqiqat şöbəsinin təhqiqatçısı X2 izahatında göstərmişdir ki, Şəxs 21 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Kürdəmir rayonu ərazisində qardaşı X3 və sonuncunun vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan satış məqsədi ilə saxlama və satma barədə razılığa gəlmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 13700 manat dəyərində 5480 qutu “Top Mountaın”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 11225 manat dəyərində 4490 qutu “Palmur nano 1 MG”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 1000 manat dəyərində 4000 qutu “Forman Nano”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 8750 manat dəyərində 3500 qutu “Back Nano” (qara), 1 qutusunun qiyməti 3 manat olmaqla 8994 manat dəyərində 2998 qutu “303 SS Blue”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 5250 manat dəyərində 2100 qutu “X8” (ağ), 1 qutusunun qiyməti 2,5 manat olmaqla 5025 manat dəyərində 2010 qutu “X13”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 5000 manat dəyərində 2000 qutu “Bro Black”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 4700 manat dəyərində 1880 qutu “X8” (qara), 1 qutusunun qiyməti 2,5 manat olmaqla 3750 manat dəyərində 1500 qutu “X12”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 2500 manat dəyərində 1000 qutu “Back Nano” (ağ), 1 qutusunun qiyməti 3 manat olmaqla 3000 manat dəyərində 1000 qutu “303 SS Black”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 2500 manat dəyərində 1000 qutu “Momento Nano”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 2495 manat dəyərində 998 qutu “Bro Silver”, 1 qutusunun qiyməti 7 manat olmaqla 5600 manat dəyərində 800 qutu “X9”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 1300 manat dəyərində 520 qutu “Richson Nano 1 mg”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 1250 manat dəyərində 500 qutu “X14”, 1 qutusunun qiyməti 4 manat olmaqla 2000 manat dəyərində 500 qutu “Kent Nanotek” və 1 qutusunun qiyməti 3,5 manat olmaqla 1750 manat dəyərində 500 qutu “Winston XS Silver” markalı, ümumilikdə, külli miqdarda - 98789 manat dəyərində 36776 qutu tütün məmulatlarını əldə edərək 73 karton qutuda idarə etdiyi “Ford Transit” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində yerləşdirib satış məqsədi ilə saxlamış, əvvəlcədən planlaşdırdıqları kimi cinayətkar qrupun üzvü X3 ilə birlikdə satmaq üçün Kürdəmir şəhərində yerləşən “Çıraq” kafesinin qarşısına gətirmiş və daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri ilə 21 dekabr 2023-cü il tarixdə saat 23 radələrində avtomobil həmin yerdə saxlanılaraq gömrük əməkdaşlarının müşayiəti ilə Baş İdarənin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23 L ünvanında yerləşən inzibati binasına gətirilmiş və nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qeyd olunan tütün məmulatları aşkar edilərək götürülmüşdür.Bundan başqa istintaqla müəyyən edilmişdir ki, X3 21 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Kürdəmir rayonu ərazisində qardaşı Şəxs və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan satış məqsədi ilə saxlama və satma barədə razılığa gəlmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü Şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 13700 manat dəyərində 5480 qutu “Top Mountaın”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 11225 manat dəyərində 4490 qutu “Palmur nano 1 MG”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 1000 manat dəyərində 4000 qutu “Forman Nano”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 8750 manat dəyərində 3500 qutu “Back Nano” (qara), 1 qutusunun qiyməti 3 manat olmaqla 8994 manat dəyərində 2998 qutu “303 SS Blue”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 5250 manat dəyərində 2100 qutu “X8” (ağ), 1 qutusunun qiyməti 2,5 manat olmaqla 5025 manat dəyərində 2010 qutu “X13”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 5000 manat dəyərində 2000 qutu “Bro Black”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 4700 manat dəyərində 1880 qutu “X8” (qara), 1 qutusunun qiyməti 2,5 manat olmaqla 3750 manat dəyərində 1500 qutu “X12”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 2500 manat dəyərində 1000 qutu “Back Nano” (ağ), 1 qutusunun qiyməti 3 manat olmaqla 3000 manat dəyərində 1000 qutu “303 SS Black”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 2500 manat dəyərində 1000 qutu “Momento Nano”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 2495 manat dəyərində 998 qutu “Bro Silver”, 1 qutusunun qiyməti 7 manat olmaqla 5600 manat dəyərində 800 qutu “X9”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 1300 manat dəyərində 520 qutu “Richson Nano 1 mg”, 1 qutusunun qiyməti 2,5 manat olmaqla 1250 manat dəyərində 500 qutu “X14”, 1 qutusunun qiyməti 4 manat olmaqla 2000 manat dəyərində 500 qutu “Kent Nanotek” və 1 qutusunun qiyməti 3,5 manat olmaqla 1750 manat dəyərində 500 qutu “Winston XS Silver” markalı, ümumilikdə, külli miqdarda - 98789 manat dəyərində 36776 qutu tütün məmulatlarını əldə edərək 73 karton qutuda idarə etdiyi “Ford Transit” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində yerləşdirib satış məqsədi ilə saxlamış, əvvəlcədən planlaşdırdıqları kimi onunla birlikdə satmaq üçün Kürdəmir şəhərində yerləşən “Çıraq” kafesinin qarşısına gətirmiş və daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri ilə 21 dekabr 2023-cü il tarixdə saat 23 radələrində avtomobil həmin yerdə saxlanılaraq gömrük əməkdaşlarının müşayiəti ilə Baş İdarənin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23 L ünvanında yerləşən inzibati binasına gətirilmiş və nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qeyd olunan tütün məmulatları aşkar edilərək götürülmüşdür. Bu hərəkətlərinə görə 23 aprel 2023-cü il tarixdə Şəxs və X3 tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə ittihamlar elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, ilkin araşdırma zamanı Əsgərov X1 şəhəri, Elşən Mikayılov küçəsində yerləşən öz istifadəsində olan ticarət obyektində müxtəlif sayda pirotexniki vasitələrin olduğunu bildirmişdir. Əməliyyat qrupunun üzvləri Şəxs ilə birlikdə qeyd olunan ünvana getmiş, həmin pirotexniki vasitələr götürülərək ətraflı baxış keçirilməsi üçün Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmişdir. Baxış zamanı Şəxs istifadəsində olan ticarət obyektindən 284 ədəd üzərində “Roman candle 10 shoots 0,75”, 1097 ədəd üzərində “Roman candle 100 shoots”, 96 ədəd üzərində “Roman candle 10 shoots 0,80”, 45 ədəd üzərində “Roman candle 10 shoot 1,50”, 215 ədəd üzərində “Roman candle 8 shoots 0,80”, 123 ədəd üzərində “Roman candle 10 shoots 1,00”, 47 ədəd üzərində “Roman candle 8 shoots 1,20”, 25 ədəd üzərində “X10 10 shoots”, hər qutuda 20 ədəd olmaqla 147 qutu üzərində “Explosive”, 25 ədəd üzərində “Roman candle 10 shoots 1,20”, hər qutuda 60 ədəd olmaqla 47 qutu üzərində “Leopard Original HW”, hər qutuda 20 ədəd olmaqla 47 qutu üzərində “Zenga Komada”, hər qutuda 50 ədəd olmaqla 74 qutu üzərində “Football Salute”, 26 ədəd üzərində “Be Faster 12 shoots”, hər qutuda 36 ədəd olmaqla 37 qutu üzərində “X11”, 12 ədəd üzərində “Sofia 25 Shots”, 6 ədəd üzərində “Kaleidascape 20 shots”, hər qutuda 20 ədəd olmaqla 53 qutu üzərində “X6”, hər qutuda 60 ədəd olmaqla 42 qutu üzərində “Treniya”, 12 ədəd üzərində “Starlight 16 shots”, hər qutuda 8 ədəd olmaqla 46 qutu üzərində “Bigbang”, hər qutuda 4 ədəd olmaqla 19 qutu üzərində “Big Cracker”, hər qutuda 20 ədəd olmaqla 4 qutu üzərində “Enigma Big triangle”, hər qutuda 12 ədəd olmaqla 3 qutu üzərində “Mega MK27”, hər qutuda 12 ədəd olmaqla 2 qutu üzərində “Crazy Robots”, hər qutuda 10 ədəd olmaqla 29 qutu üzərində “Big Cracker A15”, hər qutuda 12 ədəd olmaqla 135 qutu üzərində “Kopcap 4” və hər qutuda 36 ədəd olmaqla 6 qutu üzərində “X4” yazısı olan, ümumilikdə 28 adda 2724 qutu pirotexniki vasitələr aşkar edilərək protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/39-9/78 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş predmetlər səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrdir, petardalar-fişənglərdir, döyüş süursatı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 28 adda pirotexniki vasitələrin ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 53392,60 manat müəyyən edilir. Odur ki, Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə aşkar edilərək götürülmüş pirotexniki vasitələri əldə etməsi, daşıması, saxlaması, onlardan istifadə etməsi və ya onlar üzərində sərəncam verməsi xüsusatı üzrə hazırkı cinayət işindən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 10000-00030/24 saylı İnzibati xəta haqqında protokol, protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs məxsus və Kürdəmir şəhəri,E.Mikayılov küçəsində yerləşən ticarət obyektindən 280 ədəd üzərində “Roman candle 10 shoots 0,75”, 1093 ədəd üzərində “Roman candle 100 shoots”, 94 ədəd üzərində “Roman candle 10 shoots 0,80”, 44 ədəd üzərində “Roman candle 10 shoot 1,50”, 211 ədəd üzərində “Roman candle 8 shoots 0,80”, 122 ədəd üzərində “Roman candle 10 shoots 1,00”, 46 ədəd üzərində “Roman candle 8 shoots 1,20”, 24 ədəd üzərində “X10 10 shoots”, hər qutuda 20 ədəd olmaqla 146 qutu üzərində “Explosive”, 24 ədəd üzərində “Roman candle 10 shoots 1,20”, hər qutuda 60 ədəd olmaqla 46 qutu üzərində “Leopard Original HW”, hər qutuda 20 ədəd olmaqla 46 qutu üzərində “Zenga Komada”, hər qutuda 50 ədəd olmaqla 73 qutu üzərində “Football Salute”, 25 ədəd üzərində “Be Faster 12 shoots”, hər qutuda 36 ədəd olmaqla 36 qutu üzərində “X11”, 11 ədəd üzərində “Sofia 25 Shots”, 5 ədəd üzərində “Kaleidascape 20 shots”, hər qutuda 20 ədəd olmaqla 51 qutu üzərində “X6”, hər qutuda 60 ədəd olmaqla 41 qutu üzərində “Treniya”, 11 ədəd üzərində “Starlight 16 shots”, hər qutuda 8 ədəd olmaqla 45 qutu üzərində “Bigbang”, hər qutuda 4 ədəd olmaqla 18 qutu üzərində “Big Cracker”, hər qutuda 20 ədəd olmaqla 3 qutu üzərində “Enigma Big triangle”, hər qutuda 12 ədəd olmaqla 2 qutu üzərində “Mega MK27”, hər qutuda 12 ədəd olmaqla 1 qutu üzərində “Crazy Robots”, hər qutuda 10 ədəd olmaqla 28 qutu üzərində “Big Cracker A15”, hər qutuda 12 ədəd olmaqla 133 qutu üzərində “Kopcap 4” və hər qutuda 36 ədəd olmaqla 5 qutu üzərində “X4” yazısı olan pirotexniki vasitələr aşkar edilərək götürülərək saxlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks Birliyi”nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli, yəni onun malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsi işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzbati tənbeh tədbiri görülməli, inzibati xətanın törədilməsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs törətdiyi xətanın xarakterini, onları xarakterizə edən halları, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların müsadirə edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yəni 280 ədəd üzərində “Roman candle 10 shoots 0,75”, 1093 ədəd üzərində “Roman candle 100 shoots”, 94 ədəd üzərində “Roman candle 10 shoots 0,80”, 44 ədəd üzərində “Roman candle 10 shoot 1,50”, 211 ədəd üzərində “Roman candle 8 shoots 0,80”, 122 ədəd üzərində “Roman candle 10 shoots 1,00”, 46 ədəd üzərində “Roman candle 8 shoots 1,20”, 24 ədəd üzərində “X10 10 shoots”, hər qutuda 20 ədəd olmaqla 146 qutu üzərində “Explosive”, 24 ədəd üzərində “Roman candle 10 shoots 1,20”, hər qutuda 60 ədəd olmaqla 46 qutu üzərində “Leopard Original HW”, hər qutuda 20 ədəd olmaqla 46 qutu üzərində “Zenga Komada”, hər qutuda 50 ədəd olmaqla 73 qutu üzərində “Football Salute”, 25 ədəd üzərində “Be Faster 12 shoots”, hər qutuda 36 ədəd olmaqla 36 qutu üzərində “X11”, 11 ədəd üzərində “Sofia 25 Shots”, 5 ədəd üzərində “Kaleidascape 20 shots”, hər qutuda 20 ədəd olmaqla 51 qutu üzərində “X6”, hər qutuda 60 ədəd olmaqla 41 qutu üzərində “Treniya”, 11 ədəd üzərində “Starlight 16 shots”, hər qutuda 8 ədəd olmaqla 45 qutu üzərində “Bigbang”, hər qutuda 4 ədəd olmaqla 18 qutu üzərində “Big Cracker”, hər qutuda 20 ədəd olmaqla 3 qutu üzərində “Enigma Big triangle”, hər qutuda 12 ədəd olmaqla 2 qutu üzərində “Mega MK27”, hər qutuda 12 ədəd olmaqla 1 qutu üzərində “Crazy Robots”, hər qutuda 10 ədəd olmaqla 28 qutu üzərində “Big Cracker A15”, hər qutuda 12 ədəd olmaqla 133 qutu üzərində “Kopcap 4” və hər qutuda 36 ədəd olmaqla 5 qutu üzərində “X4” yazısı olan pirotexniki vasitələr müsadirə edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks Birliyi”də saxlanılan yuxarıda adları qeyd edilən pirotexniki vasitələrin məhv edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-443/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-443/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver