Məhkəmə qərarları › İş №3(041)-444/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-444/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-444/2024 07.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Koroğlu küçəsində yaşayan Zərərçəkmiş şəxs şillə ilə vuraraq sağlamlığına fiziki ağrı yetirməklə döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir rayonu Cəyli kəndində qeydiyatda olmaqla hazırda Kürdəmir şəhəri Koroğlu küçəsində yerləşən nömrəsini bilmədiyi evdə kirayə yaşayır, evlidir, fərdi əməklə məşğul olur, 5 ilə yaxın müddət Şəxs valideynlərinə məxsusu evdə işləyərək Elməddinin anasına kömək etmiş və aldığı əmək haqqı ilə ailəsinin keçiminə köməklik etmişdir. Son vaxtlar Şəxs spirtli içki qəbul edib, yaşadığı ünvana gələrək və yaxud küçədə görərkən ona qeyri-etik təkliflər etdiyinə görə aralarında dəfələrlə söz-söhbətləri olmuşdur. Axrıncı dəfə xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Şəxs sərxoş halda ərinin evdə olmamasından istifadə edərək onun yaşadığı evə gələrək onunla xoşa gəlməz rəfdar etmiş, bu səbəbdən aralarında düşən mübahisə vaxtı Şəxs onu şillə və təpiklə vuraraq döymüşdür. Şəxs hərəkətlərinə dözə bilmədiyi üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişlər. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır,”Tik-tok” sosial şəbəkəsində İlnamənin şəkillərini gördüyündən xx.xx.2024-cü il tarixdə onun yaşadığı ünvana gedərək bununla bağı öz iradlarını bildirmiş və əsəbləşsə də, Zərərçəkmiş şəxs vurmamış, sadəcə əli ilə itələmişdir. Zərərçəkmiş şəxs şikayətindən sonra polis əməkdaşlarının dəvəti ilə Kürdəmir rayon polis şöbəsinə getmiş və şöbədə verdiyi izahatında baş verənləri olduğu kimi göstərmişdir. Sonradan Zərərçəkmiş şəxs ilə barışmaq istəsə də, İlnamə onunla barışmamışdır. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 142 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 142 nömrəli rəyi ilə habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar