Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-446/2024 14.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində həmkə dlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya qəsdən vuraraq fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxsnın ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Dünyamalı onun həmkəndlisidir. Münasibətləri normal olmuş aralarında heç bir ədavətləri olmamışdır.Yana onun arvadıdır.Münasibətləri normal olmuş, aralarında heç vaxt mübahsiıləri olmamışdır. Dünyamalı ona məxsus torpaq sahəsini çəpərləyərək öz həyətinə saldığı üçün aralarınd mübahisələri olmuş və o, əsəbləşərək əli ilə Dünyamalını vurmuşdur. Hazırda o, Dünyamalıdan üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Əbülfət onun həmkəndlisidir və münasibələri normal olmuş aralarında heç bir ədavətləri olmamışdır. 2023-cü ildə onun həyat yoldaşə Mətanət bələdiyyəyə müraciət etmiş ə bələdiyyədə ona 12 sot torpaq sahəsi ayrılmış o. Da həmn torpaq sahəsii çəpərləyərkən Əbülfət onun yanına gəlmiş və ona mane olmaq istəmiş və onu ağöacla vracağını hədələmiş və aralarında mübahisə olmuşdr. Mübahisə zamanı Əbülıfət əlindəki ağacla onu vuraraq qxəsarət yetirmişdir. Halhazırda Əbülfət ondan üzr istəmiş onlar barışmışlar. Onun Əbülfətə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Əbülfət barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən Şəxs onunla barışmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-446/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-446/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver