Məhkəmə qərarları › İş №3(041)-449/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-449/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-449/2024 07.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (İnzibati tənbeh tətbiq etmə haqqında) Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şirvan şəhəR DYMD-də YMB-nin 140 saylı YMB-də işləyən, İmişli rayonu Məmmədli kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu 4 yol adlanan ərazidə Kürdəmir RPŞ-nin əməkdaşı X2 ünvanına ucadan ışqıraraq nalayiq ifadələr işlətməklə onun üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, özü İmişli rayonunda yaşayır. xx.xx.2024-cü il tarixdə Kürdəmir ayonundan olan qohumlarının toyuna gəlmiş və toya araq içdiyi üçün sərxoş olmuş və toydan çıxaraq evlərinə gedərkən yolda nalayiq ifadələr işlətdiinğə görə polis əməkdaşı adını sonradan bildiyi Elnur Quliyev ona yaınlaşaraq özünü təqdim edib ucadan nalayiq ifadələr işlətməməsini xahiş etsə də o, sərxoş olduğu üçün Elnur Quliyevi də ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir etmişdir. Əməlindən peşmandır və o, Elnu Quliyevdən də üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki,o,Kürdəmir rayon polis şöbəsində işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən bir nəfər şəxsin yolun kənarında müvaznətini itirmiş şəkildə hərəkət edərək ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini görüb yaxınlaşmış və özünü təqdim edərək ondan sakitləşməsini xahiş etsə də ,adını sonradan bildiyi Şəxs ucadan qışqıraeraq onun da ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra onu Kürdəmir RPŞ-nə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Hazırda Nahid ondan üzr istəmişdir. Onun Nahidə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 0036 nömrəli inzibati qaydada tutma haqqındaprtokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 18.10-da inzibnati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğdə cərimə cəzası tətbiq edilsin və o,dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar