Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-450/2024 07.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İmişli Rayon Dövlət X1 sürücü işləyən, İmişli rayonu, Məmmədli kəndində yaşayan, FİN xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri dörd yol deyilən ərazidə xırda xuliqanlıq hərəkətlərinə yol verməklə polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, İmişli Rayon Dövlət X1 sürücü işləyir, xx.xx.2024-cü il tarixdə qohumunun təşkil etdiyi toy məclisində iştirak etmək üçün yaşadığı İmişli rayonundan Kürdəmir rayonuna gəlmiş, toyda fəal iştirak edərək spirtli içki qəbul etmiş və həmin gün axşam toydan çıxaraq yaşadığı İmişi rayonuna getmək üçün dörd yol deyilən əraziyə getmişdir. Taksi sürücüləri ilə aralarında gedən söhbət əsnasında ucadan danışdığı üçün orada xidməti vəzifələrini yerinə yetirən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq nizam intizama dəvət etmişlər, həmin vaxt sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında qısa müddətli anlaşılmazlıq olmuşdir. Nəticədə polis əməkdaşları onu şöbəyə apararaq baş verənlərlə bağlı izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır, baş verənlərdən sonra polis əməkdaşlarına müraciət edərək üzr istəmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA00036 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il saat 18.00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli və dərhal zaldan azad edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüzi) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-450/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-450/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver