Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-454/2023 12.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-86/2-10022/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Şəxs barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN1602559 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 103-cü maddələrinə əsasən aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanında qaynanası X1 nahiyyəsinə qəsdən bir neçə dəfə yumruqla vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 bildirdilər ki, Kürdəmir RPŞ-nin sahə rəisi X4 rayon polis şöbəsinin təhqiqatçısı X9 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən inzibati xəta haqqında protokol tərtib etmiş, halbuki həmin qərarın surəti onlara təqdim edilməmişdir. Polis şöbəsində inzibati xəta haqqında protokol tərtib edilərkən sözü gedən qərardan narazı olduqlarını və ondan şikayət verəcəklərini bildirsələr də, onların vəsatətinə baxılmamış və bu günə kimi həmin qərarın surəti onlara təqdim edilməmişdir. Bundan əlavə Şəxs izahatında xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində qaynatasına məxsus evdə baş vermiş mübahisə ilə bağlı Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində iş başlanaraq baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 1(041)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nın 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəməyə daxil olmuş materialdan görünür ki, sözü gedən inzibati xəta haqqında protokol Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı A.Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən tərtib edilmişdir. Həmin qərarın 4-cü bəndində qərarın surətinin Şəxs və X3 göndərilməklə həmin qərardan Azərbaycan Respubikası CPM-nin 212-ci maddəsinə əsasən prokurora və məhkəməyə şikayət etmək hüquqları izah edilməsinə baxmayaraq, qərarın surəti onlara təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı Aqil Əhmədovun xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı tərəflərə təqdim edilmədiyi üçün onların həmin qərardan şikayət vermək kimi hüquqları pozulmuşdur. Digər tərəfdən, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol hazırda qanuni qüvvəsini almamış qərar əsasında tərtib edildiyindən və həmin qərar sonradan şikayət əsasında ləğv edildiyi təqdirdə inzibati xəta haqqında protokol əsasında qəbul ediləcək inzibati xəta haqqında iş üzrə qərar da öz əhəmiyyətini itirmiş olacaqdır. Belə olan halda işə baxılarkən həmin materialları tamamlamaq mümkün deyil, ona görə də, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-454/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-454/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver