Məhkəmə qərarları › İş №3(041)-456/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-456/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-456/2024 13.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-456/2024 xx.xx.2024 Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-226/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda caza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri, Sabir küçəsində Kürdəmir RPŞ-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında anası ilə birlikdə yaşayır, xx.xx.2024-cü il tarixdə anası X2 ilə arlarında mübahisə düşdüyündən anası DİN-nin 102 xidmətinə zəng vuraraq onun barəsində şikayətci olmuşdur. Şikayətlə bağlı həmin gün Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək onu sakitləşdiməyə çalışmış, izahat verməli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş, ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Nəticədə polis şöbəsinə aparılıb izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşimandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000400 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 18.40-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əvəllər məhkum olunmasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmalı və qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş inzibati həbs tənbeh tədbirindən çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) gün müddətinə inibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbsetmənin əvvəli 13 may 2024-cü il tarixdən saat 11.00-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-253/2024 xx.xx.2024 Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Şəxs oğlu barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmənin iclası saat 17.40-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu gəlmişlər. Sədrlik edən şahidi məhkəmə iclasından kənarlaşdıraraq şahidlər üçün otağa keçirilməsini tapşırır və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini müəyyən edir. Şəxs oğlu, xx.xx.1964-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 108-ci maddəsinə əsasən hakimə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun hüquq və vəzifələrini izah edir. Şəxs oğlu: Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutlan hüquq və vəzifələrim mənə aydındır,vəkil istəmirəm, öz hüquqlarımı özüm müdafiə edəcəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu vəkildən imtina barədə ərizəsini məhkəməyə təqdim edir. Sədrlik edən vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna inzibati xəta haqqında izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, ünvan 3 ünvanında yaşayır, xx.xx.2024-cü il tarixdə nahar edərkən bir qədər spirtli içki qəbul etmişdir, həmin gün qeyri rəsmi münasibətdə olduğu arvadı X1 ilə aralarında mübahisə olduğundan Günelin anası Təhminə Əhmədova DİN-nin 102 xidmətinə zəng vuraraq onun barəsində şikayətci olmuşdur. Şikayətlə bağlı Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək izahat verməli olduğunu bildirmişlər və polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuşdur. Nəticədə polis şöbəsinə aparılıb izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşimandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. S/C - hadisə ilə bağlı sərxoş olduğumdan olanları tam xatırlaya bilmirəm. Sədrlik edən inzibati xəta haqqında protokolu və işdə olan digər sənədləri iştirak edən şəxslərlə tədqiq etdi. Vəsatət daxil olmadı. Məhkəmə müşavirə otağına gedir və qayıtdıqdan sonra sədrlik edən qərarı elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protestin verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 17.50-də bağlı elan olundu. Protokol xx.xx.2024-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib: Çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-253/2024 xx.xx.2024 Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlu barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 05 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ AZ 3300, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22, tel/fkas (020) 255-23-23 _____________________________________________________________________ № 3(041)-253/2024 xx.xx.2024 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(041)-253/2024 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar ___vərəqədə. MƏHKƏMƏNİN HAKİMİ XALİQ İMANOV Surəti: № 3(041)-253/2024 xx.xx.2024 Kürdəmir rayon polis şöbəsinə Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(041)-253/2024 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar ___vərəqədə. MƏHKƏMƏNİN HAKİMİ XALİQ İMANOV Kürdəmir rayon məhkəməsi İş materiallarının mündəricatı Sıra Sənədlər Səhifələr Qeyd №si 1 Məktub 1 2 İnzibati xəta haqqında protokol 2-3 3 əlavə edilmiş sənədlər 4-11 4 Protokol 12 5 Qərardad 13 6 məhkəmə bildirişi 14 7 ərizə 15 8 İltizam 16 9 Protokol 17-19 10 Qərar 20-22 11 Qəbzlər 23-24 12 Məktub 25 13 14 15 16 17 18 19 20 21 23 24 25 26 27 28 29 30 Cəmi 25 vərəqə Məhkəmə iclas katibi Orxan Gülalıyev ( imzası, adı ,soyadı)

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar