Məhkəmə qərarları › İş №3(041)-458/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-458/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-458/2024 13.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2042423 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Xırdapay kəndində küçədə ucadan nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsinin İTB-nın sahə rəisi S.C.Tahirov tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Kürdəmir rayonu Xırdapay kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində küçədə sərxoş halda ünvansız nalayiq ifadələr işlətdiyi üçün orada öz xidməti vəzifələrini yerinə yetirən polis şöbəsinin əməkddaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, lakin Şəxs öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, şöbəyə getməkdən və izahat verməkdən imtina etmişdir. Səsə-küyə kənd sakinləri oraya toplaşmışdır. Nəticədə onu şöbəyə apararaq izahatını almış, əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında küçədə olarkən qonşusu həmdə qohumu olan şəxlə söhbət edərkən onun valideyninin ünvanına xoşa gəlməz sözlər işlətmiş, həmin vaxt səsə orada öz xidməti vəzifəsini yerinə yetirən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları oraya yaxınlaşaraq onu izahat verməsi üçün şöbəyə dəvət etmişlər, əvvəl getmək istəməsədə sonradan polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Hesab edir ki, inzibati xəta hadisəsi törətməmiş, polis əməkdaşları onun barəsində əsassız yerə inzibati xəta haqqında protokol tərtib etmişlər. Şəxs izahatının sonunda barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi əməl Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o inzibati qaydada məsuliyyətə cəlb edilməkdən boyun qaçırmaq üçün törətdiyi inzibati xətanı etiraf etmir və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Ona görə də, o Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinmməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, , QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar