Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-459/2024 13.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 18.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,Sabir küçəsi.ev 19-da yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri,Sabir küçəsində anası X2 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 ərizəsi əsasında Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə anası Rayadan pul istəmiş və anası ona pul vermədiyi üçün əsəbləşmiş və onunla mübahisə edərək küçədə ucadan qışqıraraq onu nalayiq ifadələrlə təhqir etmişdir.Həmin günü önu polis şöbəsinə gətirib barəsində hazırki protokolu tərtib etdikdən sonra onu bir gün saxladıqdan sonra xx.xx.2024-cü il tarixdə evlərinə buraxmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 izahatında göstərdi ki, Hüseyn onun oğludur. Hüseyn narkotikə aludə olduğu üün ondan pul istəmiş, lakin o, Hüseynə pul vermədiyi üçün Hüseyn onu incitmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə küçədə olarkən Hüseyn ondan pul istəmiş, lakin onun pulu olmadığını dedikdə Hüseyn ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmişdir. Həmin günü Hüseyni polis əməkdaşları aparıb bir gün saxlasalar da sabahısı günü onu evə buraxmışlar.Belə hallar dəfələrlə təkrar olmuşdur. Odur ki, Hüseyn barəsindəndə qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı,hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs oğlunun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə barəsində hazırki protokolu tərtib edildikdən sonra bir gün saxlandıqdan sonra azad edildiyini bildirir və zərərçəkmiş şəxs də onun dediklərioni təsdiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Kürdəmir RPŞ MSY-də saxlandığı bir gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 07 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun Kürdəmir RPŞ MSY-də saxlandığı bir gün ona təyin edilmiş cəzadan çıxılmaqla,üzərində qəti olaraq 06(altı) gün inzibati həbs cəzası saxlanılsın. Həbsetmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-459/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-459/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver