Məhkəmə qərarları › İş №3(041)-460/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-460/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-460/2024 13.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2042428 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı Kürdəmir rayonu Şahsevən kəndi ərazisində çöl torpaq sahəsində X2 təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu Şahsevən kəndində yaşayır, 2022-ci ildə bələdiyyə tərəfindən ona icarəyə verilmiş torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olmaqla ailəsini dolandırır, X2 həmkəndlisi kimi tanıyır, Yadigar həmin torpaq sahəsinə iddia etdiyinə görə münasibətləri yaxşı deyil. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində sözü gedən torpaq sahəsində heyvanlarını otararkən Yadigar oraya gələrək torpaq sahəsinin ona məxsus olduğunu və heyvanları orada çıxartmasını tələb etdiyi üçün aralarında mübahisə düşmüş, mübahisə vaxtı bir-birlərinin ünvanına xoşagəlməz sözlər demişlər. Həmin vaxt orada ondan və Yadigardan başqa heç kim olmamışı, mübahisəni onlardan başqa heç kim görməmiş və eşitməmişdir. Mübahisədən sonra onun və Yadigar Yaqubovun DİN-nin 102 xidmətinə etmiş olduqları şikayət əsasında Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərara qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu Şahsevən kəndində yaşayır, 2016-cı ildə bələdiyyə tərəfindən ona icarəyə verilmiş torpaq sahəsində kənd təsərrüfat işləri ilə məşğul olmaqla ailəsini dolandırır, Şəxs həmkəndlisi kimi tanıyır, onunla münasibətləri yaxşı deyil, Xəyal onun torpaq sahəsinə mal-qara salıb baramaçılığın inkişafı üçün əkdiyi tut ağaclarını məhv etdiyinə görə dəfələrlə aralarında mübahisə baş vermişdir. Axrıncı dəfə xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Şəxs həmişə olduğu kimi heyvanları sözü gedən torpaq sahəsinə saldığı və heyvanların orada olan ağacları məhv etdiyini gördüyündən Xəyala yaxınlaşaraq heyvanları oradan çıxartmasını tələb etmiş, aralarında gedən söhbət əsnasında Xəyal onunla mübahisə edərək nalayiq ifadələrlə onu təhqir etmişdir. Həmin vaxt orada ondan və Xəyaldan başqa heç kim olmamışı, mübahisəni onlardan başqa heçkim görməmiş və eşitməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Şəxs ilə X3 arasında olan mübahisə çöl torpaq sahəsində baş vermiş, mübahisəni onlardan başqa kənar şəxslər görməmiş və eşitməmişdir. Tərəflərin qarşılıqlı şikayəti əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Göründüyü kimi, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar