Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-463/2025 04.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X11, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu Atakişili kəndində qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP7136806 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi "VAZ2106" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes Benz" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, avtomobilin toqquşması nəticəsində "Mercedes Benz" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan azyaşlı Aylin Bədəlova və X12 müxtəlif dərəcəli yüngül bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, özünə məxsus "VAZ2106" markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, avtomobilini etibarnamə ilə və "BC" katiqoriyalı sürücülük vəsiqəsi ilə daim özü idarə edir. 29 aprel 2025-ci il tarixdə saat 13 radələrində idarə etdiyi avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir şəhəri Babək küçəsində saatda 60 km sürətlə üzü İmişli rayonu istiqamətinə hərəkətdə olarkən qarşıda gedən "Kamaz" markalı avtomobilin sağından ötüb keçmək qərarına gəlmiş, "Kamaz" markalı avtomobilin sağından ötüb keçərkən təxminən 30 metr məsafədən sonradan adını bildiyi Gündüz adlı şəxsin idarə etdiyi "Mercedes Benz" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətə başlamaq istədiyini görüb dərhal Gündüzün avtomobili ilə toqquşamamaq üçün avtomobilinin əyləncini basaraq avtomobilini saxlamaq istəmiş, lakin avtomobilini saxlaya bilməyərək, Gündüzün avtomobilinin arxasından vurmuşdur. Toqquşan kimi avtomobildən yerə düşmüş, həmin vaxtı Gündüzün avtomobilində sərnişin olan Əli, Səlim və Aylin adlı şəxslərin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını görüb onların tibbi yardım almaları üçün rayon xəstəxanasına yola salmış, bundan bir neçə dəqiqə sonra Kürdəmir RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisə etdiyi günü spirtli içki qəbul etməmişdir. Hazırda dəymiş ziyanla bağlı zərərçəkmiş şəxlərlə öz aralarında razılıq əldə etmişlər, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Əli Bədəlov oğlu, X8 qardaşı, X9 qardaşı qızı, Kürdəmir rayon Atakişili kənd sakini Şəxs tanımır. Özünə məxsus açıq qızılı metallik rəngli "Mercedes Benz" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobili etibarnamə ilə və "BC" katiqoriyalı sürücülük vəsiqəsi ilə daim özü idarə edir. 29 aprel 2025-ci il tarixdə saat 13 radələrində oğlu Əli, qardaşı Səlim və qardaşı qızı Aylinlə birlikdə avtomobili ilə Kürdəmir şəhəri Babək küçəsinə gələrək avtomobilini yolun sağında saxlayaraq orada yerləşən məişət əşyaları satılan mağzaya gedərək, evlərinə lazım olan əşayalar alaraq, avtomobilinə əyləşərək mühərriki işə salaıb İmişli rayonu istiqamətinə hərəkətə başlamaq istəyərkən sonradan adını bildiyi Maşallah adlı şəxs idarə etdiyi "VAZ2106" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan gələrək onun idarə etdiyi avtomobilin arxasından vurmuşdur. Həmin vaxtı oğlu Əli, qardaşı Səlim və qardaşı qızı Aylin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxtı özü və oradan keçən tanımadığı şəxslər onlara kömək edərək onları avtomobildən yerə düşürtmüşdürlər.Sonra oğlu Əlini, qardaş Səlimi və qardaşı qızı Aylini tibbi yardım almaları üçün rayon xəstəxanasına yola salmışdır. Bundan bir qədər sonra Kürdəmir RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onların iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini, hadisə etdiyi günü spirtli içki qəbul etməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs DİN-nin BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AE 966348 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixinə kimi etibarlıdır. - Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BD39824 nömrəli X1 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, "Mercedes Benz" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Ağsu rayon Hacıqədirli kənd sakini X3r. - ƏN-Vİ N 814153 nömrəli etibarnamənin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes Benz" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2028-ci il tarixədək etibarnamə əsasında sürmək hüququ vardır. - Şəxs DİN-nin BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD 953157 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs sürücülük vəsiqəsi xx.xx.2032-ci il tarixinə kimi etibarlıdır. - Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BD 219513 nömrəli X1 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, "VAZ2106" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Samux rayon Ziyadlı kənd sakini X2r. - xx.xx.2024-cü il tarixdə Samux rayon notariat ofisindən verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən aydın olur ki, Şəxs idarə etdiyi "VAZ 2106" markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixədək etibarnamə əsasında sürmək hüququ vardır. - Kürdəmir Mərkəzi rayon xəstəxanasından verilmiş xx.xx.2025-ci il tarixli 159 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Zərərçəkmiş şəxs avtomobili idarə edərkən sərxoş olmadığı göstərilmişdir. - Kürdəmir Mərkəzi rayon xəstəxanasından verilmiş xx.xx.2025-ci il tarixli 159 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X6 avtomobili idarə edərkən sərxoş olmadığı göstərilmişdir. - Məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 157 nömrəli «canlı şəxsin müayinəsi rəyi ilə 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. - Məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 158 nömrəli «canlı şəxsin müayinəsi» rəyi ilə 2019-cu il təvəllüdlü X7 məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarət vardır. Başın sağ təpə nahiyəsinin hematoması. Göstərilən xəsarət küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundur. Qeyd edilən xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. - Məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 159 nömrəli «canlı şəxsin müayinəsi» rəyi ilə 2019-cu il təvəllüdlü X4 məhkəmə tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır. Alt çənədə soldan 2-ci dişın travmatik düşməsi və ətraf toxumanın qançırı, alt və üst dodaqların sıyrıqları. Göstərilən xəsarət küt əşya təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundur. Qeyd edilən xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddət ozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. - Məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 160 nömrəli «canlı şəxsin müayinəsi» rəyi ilə 1992-ci il təvəllüdlü X5 məhkəmə tibb müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. - Məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 161 nömrəli «canlı şəxsin müayinəsi» rəyi ilə 2000-ci il təvəllüdlü Şəxs məhkəmə tibb müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Şəxs və Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmələri, Şəxs Zərərçəkmiş şəxs və X12 ilə, eləcədə X9 ilə barışdığını, dəymiş ziyanı tamamilə ödədiklərini nəzərə alaraq, Şəxs və Zərərçəkmiş şəxs cinayət məsuliyyətindən azad edilməklə, barələrində xx.xx.2025-ci il tarixli qərar cinayət işi başlanması rədd edilmiş və Şəxs ilə Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-463/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-463/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver