Məhkəmə qərarları › İş №3(041)-464/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-464/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-464/2025 02.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Zərərçəkmş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu Muradxan Ə/D Sor-sor kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində özünə məxsus mal-qaranı yolda nəzarətsiz qoyması səbəbindən Səfərov X2-İmişli yolunun Sor-Sor kənd ərazisindən keçən hissəsində idarə etdiyi "Mersedes Benz 809" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən 1 baş iribuynuzlu camış heyvanını vuraraq Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, özünə məxsus "Mersedes Benz 809" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025 il tarixdə saat 22 radələrində Kürdəmir-İmişli yolunun Sor-Sor kənd ərazisindən keçən hissəsində avtomobil yolunda hərəkətdə olarkən anidən qarşısına camış heyvanı çıxmış, hadisənin qarşısını ala bilməmiş və camışı vurmuşdur. Hadisə nəticəsində ona 500 manatdan çox ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir və Şəxs şikayətçidir. Azərbaycan Respublikasının İXM-nin 338.4-ci maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İşdə olan, cinayət işi başlamasının rədd edilməsi haqqında Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə İsmayıllı şəhəri, Koroğlu küçəsi ev 12 ünvanında yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 mərkəzi zang xidmətinə müraciət edərək, elə həmin günü saat 22:10 radələrində Kürdəmir-İmişli yolunun Sor-Sor kənd ərazisindən keçən hissəsində idarə etdiyi "Mersedes Benz-809" markalı **-BC-*** d.n.nlı yük avtomobili ilə üzü Kürdəmir rayonu Atakişili kəndi istiqamətinə hərəkətdə olan zaman 1 baş iribuynuzlu camış heyvanını vurması və yol nəqliyyat hadisəsi törətməsini bildirmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında İsmayıllı rayonunun İstisu kənd sakini Rasim Zülfüqarova məxsus Mersedes-Benz-809 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük maşınını etibarnamə ilə idarə etdiyini, xx.xx.2025-ci il tarixdə İsmayıllı rayonundan İmişli rayonuna gedərkən saat 22:10 radələrində Kürdəmir-İmişli yolunun Sor- Sor kənd ərazisində hava qaranlıq və yağışlı olduğundan bir baş iribuynuzlu camış heyvanı qarşısına çıxdığına görə yük maşını ilə vurduğunu, camış yolun kənarında çökəkliyə düşərək öldüyünü, yük maşınına ziyan dəydiyi üçün DİN-nin 102 xidmətinə məlumat verdiyini, yük maşınını idarə edərkən spirtli içki qəbul etmədiyini, yük maşınını saatda 60 km/saat sürətlə idarə etdiyini, yük maşını ilə hərkətdə olarkən bir baş camış heyvanını 5-10 metr məsafədən gördüyünü bildirmişdir. Aparılmış araşdırma zamanı Şəxs izahatında, Kürdəmir Kürdəmir rayonunun Sor- Sor kəndində yaşadığını, yaşadıqları evin həyətində bir baş iribiynuzlu camış heyvanı saxladıqlarını, xx.xx.2025-ci il tarixdə səhər saat 05:30 radələrində həyətdə olan bir baş camış heyvanının olmadığını oğlu Ramil ona dediyini, camışı axtarsalar da tapa bilmədiklərindən Ramil də xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə bir baş camış heyvanının oğurlanması barədə məlumat verdiyini, məlumat verdikdən sonra polis şöbəsindən Ramilə zəng edərək Kürdəmir-İmişli yolunun Sor-Sor kəndindən keçən hissəsində bir baş camış heyvanını yük maşının vurduğunu dediklərini, yük maşını ilə vurulub öldürülən bir baş camış heyvanının onlara məxsus olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli 172 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından" görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün AC-460500 nömrəli BCD kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İsmayıllı şəhəri Koroğlu küçəsi ev 12-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində Kürdəmir-İmişli yolunun Sor-Sor kənd ərazisindən keçən hissəsində idarə etdiyi Mersedes-Benz-809 markalı **-BC-*** dövlət qeydiyyata nişanlı yük maşını ilə hərəkətdə olarkən Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan Şəxs məxsus bir baş iribuynuzlu camış heyvanını asfalt örtüklü yolda vuraraq YNH-si törtəmişdir. Həmin hadisədə cinayət tərkibi omadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, iri buynuzlu camış heyvanını yolda nəzarətsiz qoyduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxsnun törətdiyi inzibati xəta işdə olan sənədlərlə tam təsdiq edildiyindən, barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar