Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-468/2023 16.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00.15-də Kürdəmir şəhəri, Babək prospektində X3 ilə mübahisə zamanı polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi C.Ə.Bəkirli izahatında göstərdi ki, polis əməkdaşları Nurlan Ağayarov və Asəf Fərəcli xx.xx.2023-ci il tarixdə gecə saat 00:15-də öz xidməti vəzifələrini yerinə yetirərkən Kürdəmir şəhəri, Babək prospektində iki nəfər şəxsin bir-biri ilə mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşıb mübahisəni sakitləşdirmək istəyərkən sonradan tanidiqları Şəxs mübahisəni davam etdirmək istədiyi üçün onu polis şöbəsinə apararaq izahatı alınmış, barəsində Azərbaycan Respubikası 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Atakişili kəndində yaşayır, X3 onun iş yoldaşıdır, xx.xx.2023-cü il tarixdə, saat 00:20-də Oktay ilə birlikdə toy mərasimindən gələrkən yaşadıqları evin yaxınlığında sözləri düz gəlmədiyi üçün aralarında qısa müddətli söz-söhbət olmuş, həmin vaxt orada öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ona yaxınlaşaraq səs-küy saldığı üçün izahat verməli olduğunu bildirmişlər və onu polis şöbəsinə davət etmişlər, polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək baş verənlər barədə izahat vermiş, lakin buna baxmayaraq onun barəsində protokol tərtib edilmişdir. Polis şöbəsində prokokol tərtib edilərkən özü yaza bilmədiyi üçün başqa şəxs tərəfindən yazılan izahata imza etmiş, lakin izahatda yazılanları oxuya bilməmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Kürdəmir rayon Atakişili kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində tanışı X3 ilə Kürdəmir şəhəri, Babək prospektində yol ilə gedərkən aralarında mübahisə baş vermiş, həmin vaxt orada öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları Nurlan Ağayarov və Asəf Fərəcli onları polis şöbəsinə aparıb izahatlarını almış və bundan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş, hər iki protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-468/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-468/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver