Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-469/2023 16.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Şəxs və X1 iştirakı ilə xx.xx.1975-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, Babək prospektində polis əməkdaşı X2 nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X3 raportu əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, dostu Zərərçəkmiş şəxs ilə toyda birlikdə iştirak etmiş və onlar bir az araq içmiş və todan çıxıb Kürdəmir şəhəri, Babək prospekti ilə evlərinə gələrkən boşaltdıqları “Kamaz” yükünün pulunu bölümdürmək üçtündə biri-biri ilə mübahisə etmişdir. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onlara sakitləşməsini xahiş etsələr də o və dostu Elməddin sərxoş olduqları üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onlarla mübahisə etmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət edəndə polis şöbəsinə gəlmək istəməmiş polis əməkdaşı Cavid Bəkirlini nalayiq ifadələrlə təhqir etmişdir. O, Cavid Bəkirlidən üzr istəmişdir. Əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, o, Kürdəmri RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində 3 saylı postda xidmətdə olarkən Kürdəmir şəhəri, Babə prospektində 2 nəfər şəxsin ucadan qışqıraraq biri-biri ilə mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq sakitləşmələrini və ictimai qaydanı pozmamalarını xahiş ertsələr də adını sonradan bildikləri Şəxs sərxoş olduiğu üçün onların qanuni tələblərinə tabe olmamış və qanunsuz hərəkətlərinə davam etmişdir. Bundan sonra Şəxs polis şöbəsinə dəvət etdikdə Şəxs onlarla mübahisə edərək onu camaatın çoxluq təşkil etdiyi yerdə nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-469/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-469/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver