Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-471/2025 04.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Qida X1 Aran Regional bölməsinin inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi Nümayəndə iştirakı ilə, xx.xx.1994-cu il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kürdəmir rayonu, Sığırlı ərazi dairəsi, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan X5 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsidən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin məsləhətcisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov 45 ünvanında “77 bazar” adlı mağazada meyvə-tərəvəz məhsulu satışı ilə məşğul olan fiziki şəxs X4 məxsus ticarət obyektində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bplməsinin qərarı əsasında dövlət nəzarət tədbiri keçirilmişdir. Həyata keçirilmiş nəzarət tədbiri zamanı pozuntu faktları aşkarlanmış və barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş və barəsində 1500 (min beş yüz) manat cərimə tənbehi tətbiq olunmuş vətəndaş X5 cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər görməmiş, bununla da Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsin nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 Aran Regional bölməsinin inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi Nümayəndə inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov 45 ünvanında “77 bazar” adlı mağazada meyvətərəvəz məhsulu satışı ilə məşğul olan fiziki şəxs X4 məxsus ticarət obyektində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin qərarı əsasında dövlət nəzarət tədbiri keçirilmişdir. Həyata keçirilmiş nəzarət tədbiri zamanı X3 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində qeyd olunun inzibati xəta törətdiyi aşkarlanmış və barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş və barəsində 1 500 (min beş yüz) manat cərimə məbləği tətbiq olunmuş vətəndaş X2 olaraq ödəniş məbləğini dövlət nəfinə keçirmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhəmə onun gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, YP-0542 nömrəli regional bölmənin qərarı əsasında Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 45 ünvanında fiziki şəxsə məxsus mağazada aparılan yoxlama zamanı “Qida təhlükəsizliyi haqqında qanun”un, 94 nömrəli Nazirlər Kabinetinin qərarının, Agentliyin Kollegiyasının 19 saylı qərarının tələblərinin pozulması faktları aşkarlanmış, nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 220.2, 447.0.2, 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində tənbeh tədbiri tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli, 3-44-1/2-1-16501/24 nömrəli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın surəti İXM-nin 150.7-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin görülməsi üçün Kürdəmir və Yasamal rayon İcra və Probasiya Şöbələrinə göndərilmişdir; xx.xx.2025-ci il tarixli, 3-44-1/2-2-3726/2025 nömrəli bildirişdən görünür ki, qərar icra edilmədiyindən qərarın surəti X4 göndərilərək ona xx.xx.2025-ci il tarixədək icra edilməsi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2025-ci il tarixli, 3-44-1/2-2-4065/25 nömrəli bildirişdən görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı X4 xx.xx.2025-ci il tarixdə, saat 11:15də Azərbaycan Respublikası Qita Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində gəlməsi barədə məlumat verilmişdir; 16 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimə qərarında qəbul edilmiş cərimə məbləğini dövlət nəfinə ödəməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin müəyyən edilmiş hallarına əsasən hesab edirəm ki, X5 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər görülməməsi və bunun nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları ilə kifayət qədər təsdiq olunur. Lakin iş materiallarından da görünür ki, X5 tərəfindən inzibati xətanın törədildiyi gündən hazırki vaxta qədər inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin: 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir; 150.7-ci maddəsində əsasən, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir; 150.9-cu maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. İş materiallarından göründüyü kimi X5 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində tənbeh tədbiri tətbiq edilmiş, qərar icra edilmədiyindən qərarın surəti inzibati xəta törətmiş şəxsin inzibati cəriməni könüllü ödəməsi üçün nəzərdə tutulmuş otuz günlük müddət bitdikdən sonra- xx.xx.2024-cü il tarixdə məcburi icra tədbirlərinin görülməsi üçün Kürdəmir və Yasamal rayon İcra və Probasiya Şöbələrinə göndərilmişdir. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq müddətdən uzun müddət keçəndən sonra, xx.xx.2025-ci il tarixdə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, protokol əlavə edilmiş sənədlərlə birgə xx.xx.2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə daxil olmuş, nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu halda, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Həmin Məcəllənin İXM-nin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-471/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-471/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver