Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-48/2023 16.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X15, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı şəhərində kirayədə yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1285/2018 saylı və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1022/2022 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnaliyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)- 1285/2018 saylı icra sənədinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 1340 manat pul tutularaq X6, 400 manat pul tutularaq X8 və 200 manat pul tutularaq X3 ödənilməsi və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1022/2022 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X5 ümumilikdə 495 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar X7 ödənilməsi müəyyən edilmişdir. Hər iki icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. Bu günə kimi borclu tələbkar X6 olan 1340 manat borcunu tam şəkildə ödəmiş, X3 olan 200 manat borcdan 60 manat ödəmiş, həmçinin 400 manat borclu olduğu X12 vəfat etdiyi üçün vərəsəsi müəyyən olunmadığından ödənişlər etmək mümkün olmamışdır. Bundan əlavə X7 olan ümumilikdə 525 manat bordan isə heç bir məbləğdə ödəniş etməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu Şəxs icra sənədləri üzrə borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Borclu Kürdəmir rayon icra və probasiya şöbəsinə gətiriləndən sonra verdiyi izahatında borcunun işləmədiyi və mülkiyyətində daşınar və daşınmaz əmlakının olmadığı səbəbindən yarandığını bildirmiş, qalıq qalan borclarını isə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, faktiki olaraq Bakı şəhərində yaşadığı üçün ünvanına gələn bildirişlərdən məlumatı olmamışdır. Kürdəmir rayon polis şöbəsindən onun telefonuna zəng edilərək, Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlməli olduğu bildirilmiş və o, həmin gün Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və icra məmuruna verdiyi izahatında borcunun yaranma səbəblərini və bildirişlərdən məlumatsız olmasını ətraflı şəkildə izah etmişdir. Borcunu tam şəkildə ödəyə bilməsə də, bu günə kimi tələbkar X6 olan 1340 manat borcunu tam şəkildə ödəmiş, X3 olan 200 manat borcdan 60 manat ödəmiş, həmçinin 400 manat borclu olduğu X12 vəfat etdiyi üçün vərəsəsi müəyyən olunmadığından ödənişlər edə bilməmişdir. Digər tələbkar X7 olan ümumilikdə 525 manat bordan isə heç bir məbləğdə ödəniş etməmişdir. Hazırda Bakı şəhərində işləyir və əldə etdiyi gəlirlərlə borcunu ödəyəcəkdir, məqsədi qalan borclarını qısa müddət ərzində ödəməkdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)- 1285/2018 saylı icra sənədinə əsasən borclular Şəxs və X2 müştərək qaydada 1340 manat pul tutularaq X6, 400 manat pul tutularaq X8 və 200 manat pul tutularaq X3 ödənilməsi və Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1022/2022 saylı icra vərəqəsinə əsasən borclular Şəxs və X5 ümumilikdə 495 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar X7 ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hər iki icra sənədi üzrə borc məbləğinin müştərək qaydada borclulardan tutulması müəyyən edildiyi halda, digər borclular tərəfindən icra sənədi üzrə heç bir ödəniş aparılmadığı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən tələbkar X6 olan 1340 manat borcu tam şəkildə ödəmiş, X3 olan 200 manat borcdan 60 manat ödəmiş, həmçinin 400 manat borclu olduğu X12 vəfat etdiyi üçün vərəsəsi müəyyən olunmadığından ödənişlər edə bilməmiş, digər tələbkar X7 olan ümumilikdə 525 manat bordan isə heç bir məbləğdə ödəniş etməmişdir. Dəgər tərəfdən, Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsində və eyni məzmunda məhkəmədə verdiyi izahatında onun icra məmurunun çağırışlarına gəlməməsinin əsas səbəbi faktiki olaraq Bakı şəhərində yaşadığı üçün ünvanına gələn bildirişlərdən məlumatının olmaması ilə bağlı olmuşdur. Maddi imkansızlığı və mülkiyyətində daşınar və daşınmaz əmlakının olmadığı səbəbindən yaranmış borcunu tam şəkildə ödəyə bilməsə də, hər iki icra sənədi üzrə qalıq qalan borclarını hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bu hal da, onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(041)-48/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-48/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver