Məhkəmə qərarları › İş №3(041)-483/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-483/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-483/2023 16.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə Barəsində inzibati material açılmış Şəxsin nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil iştirakı ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22-də məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon prokurorluğunun *9.05.2023-cü il tarixli, 5/79-xid-23 nömrəli məktubu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və *8-ci maddələrinə əsasən aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxsin nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil izahatında göstərdi ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsinin tələblərini pozması göstərilmişdir.Hesab edir ki, Yasmal rayon prokurorluğu tərəfindən qəbul edilmiş qərar əsassızdır və qanunvericiliyin tələbinə görə həmin qərardan şikayət verilməsi nəzərədə tutulsa da şikayət verilmə müddətini gözləmədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsi ilə inzibati icraat açılaraq məhkəməyə göndərilmişdir. Onlar hazırda həmin qərardan şikayət vermişlər. Odur ki, Yasamal rayon prokurorluğunun qərarından verilən şikayətə Yasamal rayon məhkəməsində baxılıb yekun qərar verilməmişdir. Odur ki, yuxarıda göstərdiklərini nəzərə alıb yasamal rayon məhkəməsində yekun qərar qəbul ediləndək araşdırılmış materialın ibitdai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən prokurora qaytarlmasını xahiş etdi. Məhkəmə inzibati materialı və Şəxsin nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil izahatını dinləyib hesab edir ki, Kürdəmir rayon prokurorluğundan daxil olmuş “Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol Kürdəmimrayon prokurorluğuna qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin *06-cı maddəsinin tələblərinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: *06.0.*. işin baxılması onun səlahiyyətinə aiddirmi; *06.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; *06.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; *06.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; *06.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; *06.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; *06.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İnzibati Xətalar Məcəlləsinin 76.*. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.*. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. *00.*. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. *00.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. *00.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. *02.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin *09.*.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərililənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *09, *25,*27 və *28-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Kürdəmir rayon prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2*5.4-cü maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon prokurorluğuna geri qaytarılsın. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar