Məhkəmə qərarları › İş №3(041)-486/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-486/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-486/2024 16.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.05-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan - Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Ucar rayon məhkəməsinin 2(063)-201/2020 saylı,xx.xx.2020-ci il tarixli icra sənədini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Ucar rayon məhkəməsinin 2(063)-210/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və 12 fevral 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunsa da o, heç bir üzrlü səbəb bildirmədən borcunu ödəməmişdir. Onun icra sənədi üzrə 3520 manat borcu olmuşdur. Borcluya dəfələrlə şöbəsyə gəlməsio təklif edilsə də o, hər dəfə müxtəlif bəhanələlrə çağırşılara gəlməmiş və barəsində axtarış elan edildikdən sonra polis əməkdaşalrı tərəfindən tapılaraq onlara təhvil verilmişdir. Şöbədə onun izahatı alınmış və borcunu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Tələbkarlar da borcunun birdəfəlik ödənilməsini tələb edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, o, işləmədiyi üçün aliment borcunu ödəyə bilməmiş və hazırda da işləmir və heç bir ödəniş edə bilməyəəkdir. Beləliklə, Şəxs Ucar rayon məhkəməsinin 2(063)-210/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və 12 fevral 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra vərəqinin icrası ilə əlaqədar icra məmurunun tələbini üzrsüz səbəbdən qəsdən yerinə yetirməmişdir. Borclu işləmədiyini əsasə gətirərək aliment borcunu ödəyə bilmədiyini və hazırda da işləmədiyi üçün aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini göstərmişir. Məhkəmə hesab edir ki, Şəxs borcunu ödəməmək üçün müxtəlif bəhanələr gətirir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 16 may 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar