Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-487/2024 20.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Balı-Kəngərli kəndində qeydiyyatda olmaqla yaşayan- Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(007)-10/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(007)-10/2021 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru İ.S.Əliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(007)-10/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(007)-10/2021 saylı icra sənədlərinin əsasən borclu Şəxs xx.xx.2014-cü il təvəlülü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək saxlaması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 50 manat aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini icra etməkdən yayındığından xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilib Kürdəmir rayon məhkəməsinə gətirilmişdir. Şəxs məhkəməyə söz verərək borcunu tam ödəyəcəyini bildirmiş və məhkəmə uşağın mənafeyini üstün tutaraq onun barəsində olan inzibati xəta haqqında materiala xitam vermişdir. Bütün bunlara baxmayaraq Şəxs sözünə əməl etməyib heç bir ödəniş etmədiyi üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-275/2023 saylı qərarı ilə İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi icra etməkdən yayınmış və nəticədə bu günkü günə 12520 manat borcu yaranmışdır. Tələbkarın şikayətləri əsasında borclu onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində axtarış elan edilmiş və bundan sonra polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. Bundan sonra borcludan izahat alınmış, borcunu tam şəkildə ödəməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var, işləmədiyi üçün bu günə qədər aliment ödəyə bilməmiş, nəticədə 12520 manat borcu yaranmışdır. Hazırda işləyir, 2-3 gün ərzində tələbkara 500 manat ödəniş edə bilər və qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-275/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-10/2021 saylı saylı icra sənədini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(007)-10/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(007)-10/2021 saylı icra sənədlərinə əsasən borclu Şəxs tələbkar X2 alimenti ödəmədiyinə, yəni icra sənədini icra etmədiyinə görə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi icra etməmiş, nəticədə tələbkara 12520 manat borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh almış Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdəinzibati xətanı təkrar törətmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-487/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-487/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver