Məhkəmə qərarları › İş №3(041)-487/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-487/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-487/2025 26.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Kürdəmir Rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(041)-322/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İnzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərkən müəyyən etdim ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilməsinə əsas olan Zərərçəkmiş şəxs yazılı ərizəsi əlavə edilməmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-235/2024 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs 2764 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 57,64 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2821,64 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, cavabdeh Şəxs 50 (əlli) manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(041)-322/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsində icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə borclu Şəxs tərəfindən icra vərəqəsi üzrə borcundan tələbkar Zərərçəkmiş şəxs 200 manat ödəniş edilmişdir. Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 18 mart 2025-ci il tarixli xəbərdarlıq məktubu ilə icra sənədi üzrə tələbin təmin edilməsi barədə borcluya xəbərdarlıq göndərilsə də, həmin xəbərdarlığın borcluya rəsmi şəkildə təqdim edilməsi tarixini müəyyən etmək mümkün olmamışdır. Həmçinin borclu tərəfindən ödəniş edilməsinə, qətnamənin icra edilməsinə dair qərardadın yeni qüvvəyə minməsinə baxmayaraq, icra məmuru tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Hazırki iş üzrə icra məmurunun icraata başlamaq haqqında qərardadının və tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsi tarixini müəyyən etmək mümkün olmamış, borclu Şəxs icra sənədini qərəzli olaraq icra etməməsi və icra məmurunun qanuni tələblərinə tabe olmaması iş materialları ilə sübuta yetirilməmişdir. Tələbkarın borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair yazılı ərizəsi də alınaraq iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, icra məmuru tərəfindən borclu barəsində əsassız olaraq Azərbaycab Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Kürdəmir Rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar