Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-488/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Şahbazova Göyçək Kamil qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əmirov X2 rayonu, Sor-Sor kənd sakini Şəxs 11 may 2025-ci il tarixdə saat 11 radələrində kəndin nobatında olarkən səhlənkarlığı üzündən həmkəndlisi X1 bir baş inəyini Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu, Sor-sor kəndi ərazisindən keçən 44-cü km-də nəzarətsiz qoyaraq vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi MAN TGX 18.440 yük markalı ** BM *** d/n nişanlı avtomobilinin qarşısına çıxaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildidi ki, Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayır, 11 may 2025-ci il tarixdə kəndin mal nobatında olmuşdur. Kəndin mallarını növbə ilə 4 gündən bir nobata aparır. Həmin tarixdə səhər saat təxminən 11 radələrində nobatda olarkən heyvanlardan bir neçəsi Ağsu- Kürdəmir-İmişli yolunun 44-cü km-də yolun sağ tərəfinə su arxından su içməyə keçmişdir. Bir baş inək heyvanı yolun sağından soluna keçərkən iri gövdəli MAN yük markalı avtomobillə həmin inəyi vurmuşdur. İnǝk gəlib yolun kənarına düşmüşdür. Hadisə zamanı xəsarət alan olmamış, lakin inək ölmüş, həmçinin avtomobil əzilmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə avtomobilə dəymiş ziyanla bağlı öz arlarında razılığa gəlmişlər. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, etibarnamə ilə MAN TGX 18.440 yük markalı ** BM *** dövlət qeydiyyat nişanlı və ona məxsus ** ZB *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobili idarə edərək çörək pulu qazanır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində həmin avtomobili idarə edərək Kürdəmir şəhəri istiqamətindən İmişli rayonu istiqamətinə doğru Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Sor-sor kəndi ərazisindən keçən 44-cü km-də 60 km/saatda avtomobili idarə edərkən qəflətən yolun sağından soluna bir baş ağ rəngli inək heyvanı nəzarətsız çıxaraq yolun soluna keçmək istədikdə həmin inəyi avtomobillə öz yolunda vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilinin qarşı tərəfi əzilmişdir. Lakin heç bir xəsarət almamışdır. Təhlükəni təxminən 4 metr qalmış görüb hiss etmiş və təhlükənin qarşısını almaq üçün tormoz əyləcini basmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Dəymiş ziyanla bağlı öz aralarında razılığa gəlmişlər, hazırda heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayonu Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Kürdəmir rayonu YNH baş inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Kürdəmir rayon mərkəzi xəstəxanasından daxil olan xx.xx.2025-ci il tarixli 182 nömrəli sərxoşluğun təyini protokolunda qeyd olunmuşdur ki, sürücü Zərərçəkmiş şəxs ayıq vəziyyətdə olmuşdur. Kürdəmir avtomobillərə texniki xidmət məntəqəsinin mütəxəssisi Seymur Bünyatovun 12 may 2025-ci il tarixli soğuya cavab məktublarında qeyd olunmuşdur ki, hadisə zamanı MAN TGX 18.440 yük markalı ** BM *** d/n nişanlı avtomobilə ümumilikdə 1710 (min yeddi yüz on) manat ziyan dəymişdir. Azərbaycan Respublikasının İXM-nin 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin vurulan ziyanla bağlı tərəflərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Maddi ziyanla bağlı tərəflərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-488/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-488/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver