Məhkəmə qərarları › İş №3(041)-489/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-489/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-489/2024 21.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X11, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Səlyan rayonu Kürsəngi kəndində qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6262003 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gülüşov X9 şəhəri İ.Məmmədov küçəsi ev a18 ünvanında yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində idarə etdiyi “VAZ2105” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Kürdəmir şəhəri Bakı prospektində yolun hərəkət hissəsinin sağ kənarından sola dönmək üçün qarşı hərəkət zolağında ona sarı hərəkətdə olan ünvan 2 ünvanında yaşayan X3 idarə etdiyi “Renault Megan” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili buraxmadan sola dönmə manevirini icra etməklə həmin avtomobilin qarşısına çıxaraq əks istiqamətli hərəkət zolağında YNH-si törətmişdir. Nəticədə Şəxs idarə etdiyi avtomobildə sərnişin kimi əyləşən X1 qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilən xəsarət almış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X5 və X4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmiş: - MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli 158 nömrəli rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar olunmadı. - MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli 159 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X7 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar olunmadı. - MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli 160 nömrəli rəyindən görünür ki, 2009-cü il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətsağ bazu-körpücük birləşməsinin kzspul-bağ aparatının gərilməsi-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə YNH nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli 162 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar olunmadı. - xx.xx.2024-cü il tarixli 91 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, X8 həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. - xx.xx.2024-cü il tarixli 92 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. - X3 avtomobili idarə etmək üçün B,C kateqoriyalı BC-861898 nömrəli sürücülük vəsiqəsi olmuşdur. - Şəxs avtomobili idarə etmək üçün B,C kateqoriyalı AE-525485 nömrəli sürücülük vəsiqəsi olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən u Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 153.3-cü maddəsinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar