Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-492/2025 29.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X12, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Kürdəmir rayonu Muradxan kənd sakini Şəxs kənd ərazisində atası Zərərçəkmiş şəxs məxsus çayxananın qarşısında cəmiyyətə qarşı hörmətsizlik edərək ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın polis sahə rəisi X3 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayonu Muradxan kəndində yaşayan X6 xx.xx.2025-ci ildə DİN-nin 102 xidmətinə zərg vuraraq, həmçinin Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək iş yoldaşı Şəxs tərəfindən söyülüb təhqir edildiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyyata alınaraq, araşdırma aparılması üçün onun icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, Kürdəmir rayon Muradxan kənd sakini Şəxs kənd ərazisində atası Feyruz İsmayılova məxsus çayxananın qarşısında cəmiyyətə qarşı hörmətsizlik edərək ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun oğludur. Namiq tez-tez spirtli içki qəbul etdiyinə görə əyyaşlıqla məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində oğlu Şəxs küçədə onu bıçaqla öldürməklə hədələyərək nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Namiqi sakitləşdirməyə çalışarkən, o məhəl qoymadığına görə polisə müraciət etmişdir. Hazırda oğlundan şikayətçidir, barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır, evlidir, zərərçəkmiş X6 onun atasıdır. Atası kafe, çayxana işlədərək çörək pulu qazanır. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində X4 ilə aralarında mübahisələrinin olduğunu, həmin vaxt da söyüş söysə də, əlinə bıçaq götürmədiyini, heç kimi ölümlə hədələmədiyini, sərxoş olduğundan mübahisə etdiyini bildirmişdir. Şəxs izahatının sonunda atası Zərərçəkmiş şəxs ilə aralarında olan söz-söhbətə görə peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru X10 14 may 2025-ci il tarixli qərarından məlum olur ki, Kürdəmir rayonu Muradxan kəndində yaşayan X4 12 may 2025-ci il tarixdə DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, elə həmin tarixdə saat 08 radələrində həmkəndlisi Şəxs Feruz oğlunun küçədə onu bıçaqla öldürməklə hədələyərək nalayöq söyüşlərlə söyüb təhqir etməsini göstərmiş, həmçinin Kürdəmir rayonu Muradxan kəndində yaşayan Zərərçəkmiş şəxs 12 may 2025-ci il tarixdə DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, elə həmin tarixdə saat 08 radələrində oğlu Şəxs küçədə onu bıçaqla öldürməklə hədələyərək nalayiq söyüşlərlə söyüb təhqir etməsini göstərmişdir. X4 izahatında Şəxs onun həmkəndlisi olduğunu, Namiqin əsəb xəstəsi olduğunu, eyni zamanda Namiq tez-tez spirtli içki qəbul etdiyinə görə əyyaşlıqla məşqul olduğunu, 12 may 2025-ci il tarixdə saat 08 radələrində həmkəndlisi Süleymanov. Namiq Feruz oğlunun küçədə onu bıçaqla öldürməklə hədələyərək nalayiq söyüşlərlə söyüb təhqir etdiyini, onu sakitləşdirməyə çalışdığını, lakin Namiq sərxoş olduğundan onun sözünə qulaq asmadığına görə bu barədə polisə müraciət etdiyini, həmin vaxt kənar şəxslər və qonşular da hadisəni görüb müşahidə etdiklərini göstərmişdir. Zərərçəkmiş şəxs izahatında Şəxs onun oğlu olduğunu. Namiqin əsəb xəstəsi olduğunu, eyni zamanda Namiq tez-tez spirtli içki qəbul etdiyinə görə əyyaşlıqla məşqul olduğunu, 12 may 2025-ci il tarixdə saat 08 radələrində oğlu Şəxs küçədə onu bıçaqla öldürməklə hədələyərək nalayiq söyüşlərlə söyüb təhqir etdiyini, onu sakitləşdirməyə çalışdığımı, lakin Namiq sərxoş olduğundan onun sözünə qulaq asmadığına görə bu barədə polisə müraciət etdiyini, həmin vaxt kənar şəxslər və qonşular da hadisəni görüb müşahidə etdiklərini göstərmişdir. Şəxs izahatında Feruz Məmmədov onun atası X5 isə həmkəndlisi olduğunu, kənd ərazisində atası Zərərçəkmiş şəxs adına kafe çayxana işlədərək çörək pulu qazandığını, 11 may 2025-ci il tarixdə saat 08 radələrində sərxoş halda kafenin qarşısında atası Feruz və həmkəndlisi X4 ilə aralarında mübahisələrinin olduğunu, həmin vaxt da söyüş söydüyünü, lakin əlinə bıçaq götürmədiyini, heç kimi ölümlə hədələdiyini, lakin sərxoş olduğundan mübahisə etdiyini, sonradan atası Feruz və həmkəndlisi Məhəbbət onun barəsində şikayət etdiklərini göstərmişdir. Beləliklə ilkin yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Kürdəmir rayonu Muradxan kənd sakini Şəxs kənd ərazisində atası Zərərçəkmiş şəxs məxsus çayxananın qarşısında cəmiyyətə qarşı hörmətsizlik edərək ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuşdur. X4 və Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması radd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın sürəti aidiyəti üzrə (şöbənin İTB-nə) göndərilmişdir. Bundan əlavə, Şəxs 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində normal iş fəaliyyətini pozduğuna görə Kürdəmir Rayon Məhkəməsinin hakimi R.B.Mehdiyevin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AZA000665 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 18.50-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Feruz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 28 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-492/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-492/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver