Məhkəmə qərarları › İş №3(041)-493/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-493/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-493/2024 07.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Bağman kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqları Kürdəmir rayonunun Bağman kəndində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxsnı qəsdən vuraraq ona sağlamlığa zərərvurmaya aid edilməyən xəsaərtlət yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Abbas onun həmkəndlisidir. Münasibtləri normal deyildir. Belə ki, İdirsin onun qardaşı ilə əvvəldən torpaq üstündə mübahisələri olmuşdur. Onun özü də özüə məxsus heyvanlarını çöllük sahədə otararkən Abbas onun yanına gələrək heyvanlarını onaun yerindən çıxarmasını demiş və onunla mübahisə etmişdir. O. Abbasla sözlə mübahisə etmiş, lakin onu vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, İdris onun həmkəndlisidir. Əvvəllər münasibətləri normal olmuşdur. Sonradan torpaq üstündə onlar arasında mübahisələri olmuş,hazırda da davam edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində kənd ərazisində yerləşən özünə məxss torpaq sahəsinə getmiş və oarada İdirisn özünə məxsus mal-qarasını ona məxsus torpaq sahəsində otardığını görüb ona dərhal malqarasını həmin sahədən çıxarılmasını tələb etmiş. Lakin İdirs mal-qaranı çıxarmamaış və onunla mübahosə etmiş. Mübahisə zamanı İdris əlindəki çomaqla onun qoluna bir dəfə vurmuş, o. İdrisinin əlindəki çomağı alıb yerə atmışdır. Bundan sonra DİN-nin 102 xidmət mərkəzinə zəng edərək İdirisin onu çomaqla vurması barədə şikayət etmişdir. Onla barışmamış və barışmaq da istəmir. Odur ki, İdris barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli cinayət işini başlanılmasının rədd edilməsi haqqında qərarda göstərilir ki, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 155 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət izlərnin aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özü etiraf etməsə də zərərçəkmiş şəxsin izahatı, hadisənin baş vermə şəraiti, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati icraat açılmış şəxs Şəxs oğlnun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünü müdafiə xarakterli ifadə kimi hesab edir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən dilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar