Məhkəmə qərarları › İş №3(041)-494/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-494/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-494/2024 12.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2024-cü il tarixli EQ 21179918 inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2024-cü il tarixli EQ 21179918 inzibati tənbeh vermə haqqında elektron qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati material aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmiş, material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X5 idarə etdiyi “KİA SORENTO” markalı, 77AL462 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 167.8-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə Azərbaycan Respublikası İXM-nın 328.2-ci maddəsinin sanksiyasına nəzərədə tutulan inzibati xətanı törətdiyi üçün barəsində xx.xx.2024-cü il tarixli, EQ21179918 nömrəli protokol tərtib edilmiş və həmin protokola əsasən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək M.Q.Abasov 50 manat məbləğində cərimə olunmuşdur. X1 EQ21179918 nömrəli protokol əsasında qəbul edilmiş qərarın sistemə 1 gün ərzində yerləşdirilməli olduğu halda 4 gündən sonra yerləşdirildiyini bildirir, həmin qərarın qanuniliyini məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə iclasının vaxtı və yeri haqqında X4 və Azərbaycan Respublikası DİN BDYPİ-nə məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına şikayətci və qərarından şikayət verilən şəxsin nümayəndəsi gəlmədiyi üçün şikayətə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 16.11də "xxxx" MMC-yə məxsus “KİA SORENTO” markalı 77AL462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Baki-Qazax Yolu 167.8-ci km Bakı istiqamətində, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km\saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə xx.xx.2024-cü il tarixli EQ 21179918 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək "xxxx" MMC-dən sözü gedən avtomobili idarə edən sürücü barədə məlumat verilməsi xahiş olunmuş və qanunvericiliklə nəzərdə tutulmuş 5 gün müddət ərzində tələb olunan məlumatlar MMC tərəfindən təqdim olunduqdan sonra sürücünün Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsi 1987 məh., m 139-a qeydiyyatda olan X5 olduğu müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq M.Abasov barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə nəzərdə tutulub. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hazırki iş üzrə şikayət edilən Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2024cü il tarixli EQ 21179918 inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ X3 xx.xx.2024-cü il tarixli EQ 21179918 inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən, həmin qərardan X5 tərəfindən verilmiş şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar