Məhkəmə qərarları › İş №3(041)-5/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-5/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-5/2024 23.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.50-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 1924/2022 və xx.xx.2023-cü il tarixli,2(041)-778/2023 saylı icra sənədlərini icra etməmiş və xx.xx.2023-cü il tarixdə barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1924/2022 saylı icra vərəqəsinə əsasən Şəxs ioğlundan xx.xx.2020-ci il tarixli,00375/2020 saylı hissə-hissə ödəniş müqaviləsi üzrə 645 manat əsas borc və 30 mana dövlət rüsumu alınaraq iddiaçı X3, məhkəmənin xx.xx.2023-cü il tarixli,2(041)-778/2023 saylı icra sənədinə əsasən isə Şəxs 5672 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 76,27 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqələrini icra etməmiş onun iki icra sənədi üzrə 6107 manat borcu qalmışdır. Barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək məhkəməyə gətirlsə də o, məhkəmə qətnaməsini almadığnı bildirmiş və hüquqlarından istifadə edərək həmin qərardan apelyasiya şikayəti verəcəyini bildirərək məhkəmə iclasını xx.xx.2023-cü il tarixədək təxirə salınmasını xajhiş etmişdir.xx.xx.2023-cü il tarixdə Şirvan apelyasiya məhkəməsində onun şikayətinə baxılıb qurtarsa da Şəxs qaçıb gizlənmiş və bundan əlavə borcunu da ödəməmişdir. Buna görə də məhkəmə onun barəsində axtarış qərarı çıxardaraq onun tapılıb gətirilməsi üçün qərar qəbul etmişdir. Bu gün Elçin özü gəlsə də o, heç bir ödəniş etməmişdir. Hesab edir ki, Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Odur ki, barəsində onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2022 və 2023-cü il tarixli icra sənədindən məlumatı vardır. Belə ki, o, məhkəmə qətnaməsindən apelyasiya şikayəti versə də onun apelyasiya şikayəti təmin edilməmişdir. Onun borcunu birdəfəlik ödəməyə imkanı yoxdur. Beləliklə, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1924/2022 saylı icra vərəqəsinə əsasən Şəxs ioğlundan xx.xx.2020-ci il tarixli,00375/2020 saylı hissə-hissə ödəniş müqaviləsi üzrə 645 manat əsas borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X3, məhkəmənin xx.xx.2023-cü il tarixli,2(041)-778/2023 saylı icra sənədinə əsasən isə Şəxs 5672 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 76,27 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İcra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini icra etməmiş onun iki icra sənədi üzrə 6107 manat borcu qalmışdır. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun ödənilməsi ilə bağlı şəxsən heç bir təşəbbüs göstərməməklə özünün heç bir yerdə işləmədiyini göstərmişdir. Şəxs işsiz olduğunu əsas gətirərək borcunu ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Bundan əlavə onun barəsində tərtib olunmuş protokol xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və o, məhkəmə qətnaməsindən apelyasiya şikayəti verdiyini məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edildiyini və məhkəmə iclasının əmin tarixədək təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Şəxs vaxt versə də Şəxs qaçıb gizlənmiş və məhkəməyə gəlməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində olan inzibati xəta haqqında iş üzrə iraat dayandırlaraq barəsində axtarış elan edilərək onun taılıb Kürdəmir rayon məhkəməsinə gətirilməsi qərara alınmışdır. Bu gün, yəni xx.xx.2024-cü il tarixdə özü könüllü olaraq məhkəməyə gəlmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1924/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixli,00375/2020 saylı hissə-hissə ödəniş müqaviləsi üzrə 645 manat əsas borc və 30 mana dövlət rüsumu alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materialalrına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-778/2023 saylı icra sənədinin surətindən görünür ki, Şəxs 5672 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 76,27 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar