Məhkəmə qərarları › İş №3(041)-500/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-500/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-500/2024 27.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (İnzibati tənbeh vermə haqqında) saat 18.35-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayou Şıxımlı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus avvtomobillə yüksək hərarəti olan övladını xəstəxanaya çadırmaq üçün avtomobili bazarın qarşında yüksək sürətə hərət etdirmiş və polis əməkdaşları onu saxlatdıraraq avtomobii yavaş sürməsii demiş, o, isə övladının hərarəti səbəbindən tələsdiyini desə də polis əməkdaşları ona qarşı kobudluq etdikləri üşüm polis əməkdaşları ilə mübahsiə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə,saat 11.15 radələrində Kürdəmir rayonu Kolxz bazarının qarşısında “VAZ 2106” makalı,**-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət etmiş həmin avtomobili saxlatdırıb ona avtomobili asta sürməsini təklif etsələr də adını sonradan bildikləri Şəxs ucadan qışqıraraq onları nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra polis əməkdaşalrı Kürdəmir RPŞ-nə dəvət etmişlər. O, isə etiraz edərək mübahisə etmiş polis şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşalrı məcburi qaydada onu polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün qismən etirafı, şahid ifadəsi, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on ) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 27 may 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar