Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-501/2024 29.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ ( İnzibati xəta haqqında işüzrə icraata xitam verilməsi barədə ) Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Syfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X2 qızının iştirakı ilə xx.xx.1967-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü-cü il tarixdə, saat 18 radələrində Kürdəmir rayonunun Şahsevən kəndidə yerləşən yaşadıqları evin həyətində həmkəndlisi X2 aralarında baş vermiş mübahisə zamanı sonuncuya qəsdən vuraraq fiziki ağrılar yetirməklə onu döymüşdür. X1 ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Müsübət onun həmköndlisidir və münasibətləri normal olmuş,aralarında heç bir ədavətləri olmamışdır. Oğlu Orxan avtomobil təmiri ilə məşğuldur. Müsübət Kərimov da avtomobilini təmir etdirmək üçün onun oğlu Orxana vermiş və təmirin gedişatı ilə bağlı dəfələrlə onların həyətinə gəlmişdr. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Müsübət sərxoş vəziyyətdə oların həyətində gəlmiş və təmirə görə ödəniləcək pula görə Orxanla aralarında mübahiosə olmuş və o, yaxınlaşaraq Orxan və Müsübəti aralaıma qüçün əli ilə Müsübəti itələmiş və Müsübət yıxılaraq xəsarət almışdır. Hazırda o, qaynanası Müsübət Kərimovdan üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Şəlalə onun həmkəndlisidir. Münasibətləri normaldır aralarında heç bir ədavətləri olmamışdır. Şəlalənin oğlu Orxan avtomobil təmiri ilə məşğul olur. O. Da öz avtomobilini təmir etdirmək üçün Orxana vermiş və aradan xeyli müddət keçməsinə baxmayaraq Orxan avtomobilin təmirini gecikdirdiyi üçün hər dəfə narazılığını bildirmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat təxminən 18 radələrində o, Şəlalə gilin yaşadığı evə gedərəkavtomobilinin təmiri ilə maqarlanmaq istəmiş və Orxan bu dəfə də təmiri gecikdirdiyi üçün aralarında mübahisə olmuş, mübahisə vaxtı Şəlal onlara yaxınlaşaraq əli ilə onu vurmuş və o, yıxılaraq xəsarət almışdır. O,da əsəbləşərək Şəlalənin onu döyməsi barədə Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdir. Hal-hazırda Şəlalə onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Familə barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 195 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında X1 bədənində aşkar olumuş xəsarətlər: başın təpə nahiyəsi və kürəkarası yumşaq toxumlarda əzik,sağ əl İ-İİ barmaqları arası sahədə qançırın küt əşya təsirindən əmələ gəlməsi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən Şəxs onunla barışmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs zərərçəkmiş şəxs X2 ilə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-501/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-501/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver