Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-508/2023 30.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu, Türkədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646313 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Kürdəmir rayonu Türkədi kəndində, küçədə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə onun tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Kürdəmir rayon Türkədi kənd sakini X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq qardaşı Şəxs onun və arvadının ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmişdir. Şikayətlə bağlı həmin tarixdə qeyd edilən ünvana gedərək izahat verməsi üçün Şəxs polis şöbəsinə dəvət etmişlər. Şəxs onun qanuni tələblərinə tabe olmamış, nəticədə onu polis şöbəsinə apararaq izahatı alınmış, barəsində Azərbaycan Respubikası 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X3 onun qardaşı, X2 isə qardaşı arvadıdır, bir həyətdə yaşayırlar, lakin evləri ayrıdır, torpaq sahəsi üstündə aralarında mübahisə var. xx.xx.2023-cü il tarixdə səhər saatlarında qardaşı Hafiz Hüseynov traktor vasitəsiylə ot gətirib həyətə, yəni onun evinin yerləşdiyi tərəfə boşaltmaq istəyərkən qardaşı və qardaşı arvadı Həcər Hüseynovla aralarında qısa müddətli söz-söhbət olmuş, əsəbləşdiyi üçün onlarla yüksək səslə danışmış, lakin nalayiq ifadələr işlətməmişdir. Qardaşının DİN-nin 102 xidmətinə vurduğu zəngdən sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Şöbədə olarkən onun barəsində əsassız olaraq İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək polis əməkdaşları ilə mübahisə etmədiyini və onların qanuni tələblərinə tabe olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Polis şöbəsində prokokol tərtib edilərkən normal yazı yaza bilmədiyi üçün başqa şəxs tərəfindən yazılan izahata imza etmiş, lakin izahatda yazılanları oxumamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Kürdəmir rayon Türkədi kənd sakini X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq və şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək həmin tarixdə qardaşı Şəxs onun və arvadının ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini bildirmiş, şikayət əsasında Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov onların yaşadığı evəgedərək X3 və onun arvadını, həmçinin Şəxs polis şöbəsinə aparıb izahatlarını almış və bundan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş, hər iki protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-508/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-508/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver