Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-509/2024 03.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasu kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10 radələində yaşadıqları Kürdəmir rayonunun Qarasu kəndində yerləşən yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qudası Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağlamlığa zərərvurmaya aid edilməyən xəsaərtlət yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Sehranə onun gəlini Nərminin anasıdır. Münasibətləri normal olmuşdur. Sehranənin qızı Nərmin 2012-ci ildə onun şəid oğlu Elvin ilə ailə qurmuş və əmin ildən də onların evinə gəlin gəlmişdir.Elvin 44 günlük müharibəsə şəhid olduqdan sonra Nərmin tez-tez evlərinə getmiş və buna görə də aralarında dəfələrlə mübahisələri olmuşdr. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə o, əsəbələşərək Nəriminə çıx get atan evinə demiş və bir az sonra Nərminin anası Sehranə onlaın həyətinə gəlib qızını aparmaq istəmiş və həmin vaxtı onun arvadı Fazilə ilə dalaşarkən onları aralamaq istəmiş və Sehranəni əli ilə itələmişdir. Onlar barışmamışlr,barışmaq da istəmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Xeybər onun qızı Nərminin qaynatasıdır. Nərminin əri Xeybərin isə oğlu Elvin 44 günlkü müharibədə şəhid olduqdan sonra münasibətləri demək olar ki, pozulmuşdur. Belə ki, evlərinədə tez-tez mübahisələri olduğu üçün Nərmin dəfələlrə evlərinə gəlmşdir. Sonuncu dəfə qaynatası və qaynanaı Nərminlə mübahisə etdiyinə Xeybər Nərminə çıx get atan evinə demiş, Nərmin də ona zəng edərək gəlib onu aparmasını xaiş etmiş və o, da onları yaşadıqları evə gələrək Nərmini aparmaq istəyərkən Nərminin qaynanası Fazilə ilə mübahisələri olmuş və mübahisə zamanı Xeybər onu əli ilə vuraraq ona xəsarət yetirmişdir. Onlar barışmamışlar. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 152 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt dodağın iç səthində qansızma sahələri, sağ bazuda qançırın küt əşyanın təsirindən əmələ gəlməsi, müddətin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün qismən etirafı zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-509/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-509/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver