Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-511/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Tərəflərin iştirakı olmadan X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhər DYPB-nin yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP-7168360 saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, X3 inzibati tənbeh vermə haqqında qərardan yox, inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Odur ki, X2 izah edilir ki, barəsində Bakı şəhər DYPB-nin yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP-7168360 saylı protokoldan Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARAALDİ: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. X2 izah edilsin ki, barəsində Bakı şəhər DYPB-nin yol patrul xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP-7168360 saylı protokoldan Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət edə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-511/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-511/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver