Məhkəmə qərarları › İş №3(041)-513/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-513/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-513/2023 31.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi,barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Kürdəmir rayonu Şahbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərşəli kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Kürdəmir rayonu ərşəli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı sonuncunun qıç nahiyəsindən qəsədn vuraraq fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Yelam onun həmkəndlisidir. Münasibətləri normaldır və heç bir ədavətləri olmamış və indi də yoxdur. xx.xx.2023-cü il tarixdə Yelmar onun həyətinə gizli daxil olaraq 1 baş xırdabuynuzlu heyvanını oğurlamış və o, da oğurluq hadisəsi ilə bağlı Kürdəmir RPŞ-nə şikayət etmişdir. Həmin günü saat 18 radələrində o, Yelmarı görmüş və ona iradını bildimiş, Yelmar onunla mübahisə etmiş və əsəbləşərək yumruqla bir dəfə yumruqla sifət nahiyəsinə vurmuşdur. Hazırda o, Yelmardan üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Röyal onun həmkəndlisidir və münasibətləri normaldır. O, Röyalgilin həyətinə daxil oalraq 1 baş qoyunu oğurlamış, xx.xx.2023-cü il tarixdə Röyal onu görmüş və onunla mübahisə edərək yumruqla bir dəfə onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir.. O, Kürdəmir RPŞ-nə gələrək Röyalın onu döyməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda Röyal onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Röyal barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 156 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs bədənində aşkar olumuş xəsarətlər: sol baldırda sıyrıq və qançırın küt əşya təsirindən əmələ gəlməsi, xəsarətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi və sağölamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən Şəxs onunla barışmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar