Məhkəmə qərarları › İş №3(041)-513/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-513/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-513/2025 11.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan Şəxs barəsində Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Aslan Nəsirov məhkəməyə ərizə ilə müraciət edərək, Şəxs 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi cəriməyə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş İXP6095555 saylı inzibati xəta haqqında protokol üzrə qərar qəbul edilmədən İXP5770624 nömrəli elektron qərar üzrə inzibati cərimə ödənildiyindən, inzibati icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən protokol üzrə qərar qəbul edilmədən İXP5770624 nömrəli elektron qərar üzrə inzibati cərimə ödənildiyindən başlanmış inzibati icraata onu başlayan vəzifəli şəxs tərəfindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Araşdırma zamanı Kürdəmir rayon Məhkəməsinin icraatında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material aşkar edilmədi. Odur ki, Şəxs barəsində Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılmadan geri qaytarılmalıdır.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118-cu maddəsini rəhbər tutaraq , QƏRARAALDİ: Şəxs barəsində Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılmadan geri qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar