Məhkəmə qərarları › İş №3(041)-514/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-514/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-514/2025 11.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20 may 2025-ci il tarixdə, saat 10:50 radələrində özünə məxsus mal-qaranı yolda nəzarətsiz qoyması səbəbindən İsmayıllı rayonu Ərəgit kəndində qeydiyyatda olan və hal hazırda İsmayıllı şəhəri Koroğlu küçəsi ev 12-də yaşayan Zərərçəkmiş şəxs Şilyan-Qarasu yolunun Şilyan kənd ərazisindən keçən hissəsində idarə etdiyi "VAZ2107" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 2 baş erkək qoyunları vuraraq Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 338.4-ci maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İşdə olan, cinayət işi başlamasının rədd edilməsi haqqında Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 20 may 2025-ci il tarixdə saat 10:50 radələrində Kürdəmir rayon Şilyan-Qarasu yolunun Şilyan kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ2107" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X3 məxsus 2 baş erkək qoyunları vuraraq YNH-si törətmişdir. Həmin YNH-si xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-nin növbətci hissəsində HK-1/908 nömrədə qeydiyyata alınmaqla müvafiq araşdırma aparılmış, izahatlar alınmış, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında Kürdəmir rayon Şilyan kənd sakini X4 tanıdığını, özünə məxsus tünd albalı rəngli "VAZ21074" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobili etibarnamə ilə və "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə daim özü idarə etdiyini, 20 may 2025-ci il tarixdə saat 10:50 radələrində özünə məxsus avtomobili ilə Kürdəmir rayonu Şilyan kəndi ərazisində saatda 70 km sürətlə üzü yaşadıqları Kürdəmir rayonu Qarasu kəndi istiqamətinə hərəkətdə olarkən təxminən 5 metr məsafədən qəfilətən yolun sağından yola qoyun sürüsü çıxdığını görüb dərhal qoyunları vurmamaq üçün avtomobilinin əyləncini basaraq avtomobilini saxlamaq istədiyini, lakin məsafə az olduğundan avtomobilini saxlaya bilməyib həmin qoyunlardan 2 başını vurduğunu, qouyunları vuran kimi onlar öldüklərini, bundan bir neçə dəqiqə sonra Dadaş hadisə yerinə gələrək öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdiyini, Dadaş 102 xidmətinə zəng vurandan sonra Kürdəmir RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onların iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini, hadisə vaxtı heç bir xəsarət almadığını və hadisə etdiyi günü spirtli içki qəbul etmədiyini göstərmişdir. Araşdırma zamanı Şəxs izahatında X2 qonşusu olduğunu, Kürdəmir rayon Qarasu kənd sakini Zərərçəkmiş şəxs tanımadığını, İntiqamla ilk dəfədir rastlaşdığını, ailələrinə məxsus təsərüfatlarında 15 baş xırda buynuzlu heyvanları olduğunu, hər gün səhər saatlarında heyvanlarını otlamaları üçün kənd nobatına ötürdüyünü, havalar istiləşdiyinə görə heyvanları nobatdan tez qayıtdıqlarını, 20 may 2025-ci il tarixdə kənd nobatında öz növbəsi olduğunu, həmin günü saat 07 radələrində öz xırda buynuzlu heyvanlarını, qonşusu Dadaşın xırda buynuzlu heyvanlarını və kənd sakinlərinin xırda buynuzlu heyvanlarını götürüb yaşadıqları kəndin ərazisində yerləşən otlaq sahəyə apardığını, heyvanları bir neçə saat otarandan sonra hava istilşdiyindən heyvanları otlaq sahədən çıxararaq yaşadıqları kəndə tərəf gətirdiyini, həmin vaxtı kənd yoluna çıxıb avtomobil gəlib-gəlmədiyinə baxdığını, avtomobil gəlmədiyini görüb heyvanları yoldan kənd tərəfə keçirməyə başladığını, bu vaxtı İntiqam idarə etdiyi "VAZ21074" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yüksək sürətlə Kürdəmir şəhəri istiqamətindən gələrək qonşusu Dadaşın 2 baş erkək qoyununu vurduğunu, həmin vaxtı Dadaşın qoyunları zərbədən öldüklərini, dərhal öz mobil telefonu ilə Dadaşa zəng vuraraq bu barədə məlumat verdiyini, Dadaşa zəng vuran kimi Dadaş onların yanına gələrək DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdiyini, bundan bir neçə dəqiqə sonra Kürdəmir RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onların iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini, həmin vaxtı İntiqam onu və qonşusu Dadaşı döycəyi ilə hədələdiyini göstərmişdir. X7 izahatında qonşusu Şəxs izahatında göstərdiyi xususatları olduğu kimi təsdiq etmişdir. Təhqiqat zamanı materiala əlavə olunmuş Zərərçəkmiş şəxs DİN-nin BDYPİ Qİİ Kürdəmir Asan xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş BC856761 "B" kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi xx.xx.2033-cü il tarixinə kimi etibarlıdır. Təhqiqat zamanı materiala əlavə olunmuş Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AD396796 nömrəli X1 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, "VAZ21074" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Kürdəmir rayonu Şilyan kəndində yaşayan X5r. Araşdırma zamanı materiala əlavə olunmuş ƏN-Vİ N 402339 nömrəli etibarnamənin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ21074" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2033-cü il tarixədək etibarnamə əsasında sürmək hüququ vardır. Kürdəmir Mərkəzi rayon xəstəxanasından verilmiş xx.xx.2025-ci il tarixli 191 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolu ilə Zərərçəkmiş şəxs avtomobili idarə edərkən sərxoş olmadığı göstərilmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:50 radələrində Kürdəmir rayon Şilyan-Qarasu yolunun Şilyan kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ2107" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxan X3 məxsus 2 baş erkək qoyunları vuraraq YNH-si törətmişdir. Həmin hadisədə cinayət tərkibi omadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli, lakin həmin qoyunları asfalt örtüklü Kürdəmir rayon Şilyan- Qarasu yoluna çıxaran Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilməlidir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta işdə olan sənədlərlə tam təsdiq edildiyindən, barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar