Məhkəmə qərarları › İş №3(041)-515/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-515/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-515/2025 03.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-İmişli avtomobil yolunda hərəkətdə olarkən yolun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən körpünün üzərində ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda dayanmış VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, yol-nəqliyyat hadisəsi faktı əsasında tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-İmişli avtomobil yolunda hərəkətdə olarkən yolun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən körpünün üzərində ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda dayanmış VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə riayət etməyərək ara məsafəsi qaydalarını pozmaqla maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 02 aprel 2025-ci il tarixdə saat təxminən 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-İmişli avtomobil yolunda hərəkətdə olarkən körpünün üzərində mühərrik sönmüş və qəza işıqlarını yandıraraq mühərrikdə yaranmış nasazıqları araşdırarkən, arxadan eyni zolaqda yüksək sürətlə hərəkətdə olan 10FN819 dövlət qeydiyyat nişanlı VAZ21063 markalı avtomobil kəskin tormozla sürüşərək ona məxsus avtomobilin arxa sol hissəsi ilə toqquşdu və onun avtomobilinə 700 manat dəyərində maddi ziyan vurmuş, ziyanı hal-hazıra kimi ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 02 iyun 2025-ci il tarixdə saat təxminən 10:30 radələrində etibarnamə ilə ona məxsus olan VAZ 21063 minik markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmi-İmişli avtomobil yolunda İmişli rayonu istiqamətində, körpüsünün üzərində hərəkətdə olan zaman ondan sağda, sağ hərəkət zolağı ilə hərəkətdə olan VAZ 21099 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil körpünün eniş hissəsində aralarında təxminən 8-10 metr məsafə qalmış anidən sola doğru manevr edərək onun hərəkətdə olduğu zolağa daxil olmuş, bu zaman həmin avtomobil ilə arxadan toqquşacağını görüb tormozlamış, bu vaxt avtomobil sürüşmüş və onun hərəkətdə olduğu zolağın sol kənarına çəkilmiş və avtomobilinin ön sağ hissəsi VAZ 21099 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir. Avtomobildə ondan başqa 3 nəfər həmkəndlisi də olmuşdur və heç bir bədən xəsarəti almamışdırlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-İmişli avtomobil yolunda hərəkətdə olarkən yolun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən körpünün üzərində ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda dayanmış VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşduğu qeyd edilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 02 iyun 2025-ci il tarixdə saat təxminən 10:30 radələrində etibarnamə ilə ona məxsus olan VAZ 21063 minik markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmi-İmişli avtomobil yolunda İmişli rayonu istiqamətində, körpünün üzərində hərəkətdə olan zaman ondan sağda, sağ hərəkət zolağı ilə hərəkətdə olan VAZ 21099 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil körpünün eniş hissəsində aralarında təxminən 8-10 metr məsafə qalmış anidən sola doğru manevr edərək onun hərəkətdə olduğu zolağa daxil olmasını, bu zaman həmin avtomobil ilə arxadan toqquşacağını görüb tormozladığını, bu vaxt avtomobilin sürüşərək onun hərəkətdə olduğu zolağın sol kənarına çəkilmiş və avtomobilinin ön sağ hissəsi VAZ 21099 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşduğunu göstərmişdir. İş materiallarında göstərilən ziddiyyətli hallar araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol zərərçəkməş şəxslə tanış edilməmiş, surəti onlara təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Kürdəmir rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Qeyd edilən çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Kürdəmir rayon Polis şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Kürdəmir rayon polis şöbəsinə qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar