Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-516/2025 05.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-İmişli avtomobil yolunda hərəkətdə olarkən yolun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən körpünün üzərində ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda dayanmış VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, yol-nəqliyyat hadisəsi faktı əsasında tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21063” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-İmişli avtomobil yolunda hərəkətdə olarkən yolun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən körpünün üzərində ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda dayanmış VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə riayət etməyərək ara məsafəsi qaydalarını pozmaqla maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 02 aprel 2025-ci il tarixdə saat təxminən 10:30 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir-İmişli avtomobil yolunda hərəkətdə olarkən körpünün üzərində mühərrik sönmüş və qəza işıqlarını yandıraraq mühərrikdə yaranmış nasazıqları araşdırarkən, arxadan eyni zolaqda yüksək sürətlə hərəkətdə olan 10FN819 dövlət qeydiyyat nişanlı VAZ21063 markalı avtomobil kəskin tormozla sürüşərək ona məxsus avtomobilin arxa sol hissəsi ilə toqquşdu və onun avtomobilinə 700 manat dəyərində maddi ziyan vurmuş, ziyanı hal-hazıra kimi ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 02 iyun 2025-ci il tarixdə saat təxminən 10:30 radələrində etibarnamə ilə ona məxsus olan VAZ 21063 minik markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmi-İmişli avtomobil yolunda İmişli rayonu istiqamətində, körpüsünün üzərində hərəkətdə olan zaman ondan sağda, sağ hərəkət zolağı ilə hərəkətdə olan VAZ 21099 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil körpünün eniş hissəsində aralarında təxminən 8-10 metr məsafə qalmış anidən sola doğru manevr edərək onun hərəkətdə olduğu zolağa daxil olmuş, bu zaman həmin avtomobil ilə arxadan toqquşacağını görüb tormozlamış, bu vaxt avtomobil sürüşmüş və onun hərəkətdə olduğu zolağın sol kənarına çəkilmiş və avtomobilinin ön sağ hissəsi VAZ 21099 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir. Avtomobildə ondan başqa 3 nəfər həmkəndlisi də olmuşdur və heç bir bədən xəsarəti almamışdırlar. İş materiallarına əlavə edilmiş, texniki xidmət məntəqəsinin ziyan aktından görünür ki, VAZ 21099 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat maddi ziyan dəymişdir. İş materiallarına yol-nəqliyyat hadisəsinin sxemi, izahatlar, nəqliyyat vasitələrinə dair sənədlər, fotoşəkillər və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi mübahisəsiz olaraq təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin izahatı, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkillər, işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir hərəkət etməməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 05 iyun 2025-ci ildən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 05 iyun 2025-ci ildən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-516/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-516/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver