Məhkəmə qərarları › İş №3(041)-519/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-519/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-519/2023 01.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Pirili kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə sürüülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yol hərəkəti qaydasını pozaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Namiq Əbiovun AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək poçt vasitəsi ilə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə, saat 17.28-də qeyd edilən material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023cü il tarixdə saat təxminən 13.53 radələrində Karrar kəndində olan kafedən çıxaraq sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı-Qazax yoluna çıxarkən ehtiyat hissədən baş yola şıxan zaman öz yolu ilə hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin qarşısna çıxmış və onun idarə etdiyi avtomobilin arxa qapısından vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmasa da hər iki avtomobil əzilmişdir. O, dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazimi qadada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə clasına gələ bilməyəcəyini, məkəmə iclasının onun iştirakı olamdan keçirilməsinə etirazının olmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, lakin buna baxmayaraq Şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bilirmişdir. Məhkəmə məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 116 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, hadisə baş verən zaman Şəxs ayıq olmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Yol Patrul xidmətinin postunda saxlanılan “VAZ 2107” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar