Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-524/2023 01.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646356 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə onun tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi B.B.Cahanov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları Kürdəmir rayonu Atakişili kəndi ərazisində xidmətdə olarkən Ağsu-İmişli-Kürdəmir magistral yolunun kənarında adını sonradan bildikləri Şəxs məxsus “Vaz 2106” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər, həmin vaxt polis əməkdaşları tədbir keçirdikləri üçün mülki geyimdə olmuşlar. Avtomobil polis əməkdaşlarının diqqətini cəlb etdiyi üçün ona yaxınlaşan zaman Şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək oradan qaçıb getmişdir. Sonradan Şəxs saxlayıb polis şöbəsinə gətirərək izahatını almışlar və barəsində Azərbaycan Respubikası 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, məxsus “Vaz 2106” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində, yolun kənarında dayanarkən anidən tanımadığı və mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüş, həmin vaxt özündən aslı olmayaraq qorxmuş və avtomobili sürərək oradan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdən sonra mülki geyimdə olan şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Həmin şəxslərin polis əməkdaşı olduğunu bilsəydi oradan getməzdi. Polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Şöbədə olarkən onun barəsində əsassız olaraq İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək mülki geyimdə olduqlarına görə polis əməkdaşlarını tanımadığını, şöbəyə dəvət edildikdən sonra ona yaxınlaşan şəxslərin polis əməkdaşları olduğunu bildiyini bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları Kürdəmir rayonu Atakişili kəndi ərazisində xidmətdə olarkən Ağsu-İmişli-Kürdəmir magistral yolunun kənarında adını sonradan bildikləri Şəxs məxsus “Vaz 2106” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər, həmin vaxt polis əməkdaşları tədbir keçirdikləri üçün mülki geyimdə olmuşlar, həmin vaxt Şəxs tanımadığı və mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüş, həmin vaxt özündən aslı olmayaraq qorxmuş və avtomobili sürərək oradan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları Şəxs polis şöbəsinə dəvət etdikdən sonra mülki geyimdə olan şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Şöbədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-524/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-524/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver