Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-528/2025 12.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində sərxoş vəziyyətdə yaşadığı Kürdəmir rayonu Pirili kəndində küçədə ucadan nalayiq ifadələr və küçə söyüşləri işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Şəxs atası Vahid Abbasov DİN-nin 102 xidmətinə məlumat verərək, oğlunun sərxoş vəziyyətdə onları narahat etdiyini və tədbir görülməsini xahiş etmiş və bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana getmiş, xırda xuliqanlıq hərəkətlərini davam etdirdiyi üçün onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində də ictimay qaydaları pozduğu üçün barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. E.M.İbrahimov əlavə olaraq onu da bildirdi ki, Şəxs spirtli içki qəbul edəndən sonra özünü idarə edə bilmir, sərxoşluğu keçəndən sonra etdiyi hərəkətləri xatırlamır. Onun barəsində başqa şikayətlər polis şöbəsinə daxil olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini etiraf edərək izahatında bildirdi ki, spirtli içki qəbul etdiyi gün özündə olmur, əməlindən peşimandır. Bundan sonra içməyəcəyinə və müalicə olunacağına söz verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin sahə rəisi vəzifəsini icra edən X4 ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs atası polis şöbəsinə zəng vuraraq, oğlunun spirtli içki içərək evdə dava saldığını, ucadan qışqıraraq nalayiq söyüşlər və təhqirlər ifadə etdiyi barədə məlumat verdi. Məlumat əsasında Şəxs saxlanılaraq şöbəyə gətirilmiş və polis şöbəsinin inzibati binasında da qanunsuz əməllərini davam etdirərək nalayiq ifadələr işlətmişdir. X2 Kürdəmir rayon polis şöbəsində verdiyi izahatında oğlu Zamiqdən şikayət verdiyini təsdiq etmiş, hazırda ondan şikayətçi olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İşə əlavə edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 231 nömrəli protokolda Şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Şəxs törətdiyi inzibati xətaya görə səmimi peşmançılığı (İXM 32.1.1-ci maddəsi) məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-528/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-528/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver